beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın cazibəsini qorumaq üçün xüsusi pəhriz

İsveç həkimləri yerli qadınların kökəlmə problemini araşdırıb, qadın cazibəsini qorumaqdan ötrü onlara xüsusi pəhriz tərtib ediblər.

Belə ki, ayda bir həftə bu pəhrizə riayət etməklə, həm maddələr mübadiləsini yoluna qoymaq, həm də artıq çəkidən azad olmaq mümkündür. Pəhrizin özəlliyi ondadır ki, istədiyin rasionu özün seçib, istədiyin qədər arıqlaya bilərsən.

I variant:
Səhər: 1 stəkan süd, 1 soyutma yumurta, 1 dilim qara çörək.
Yeməkarası: 1 ədəd alma
Nahar: Kök şirəsi, 200 qr. mal əti, yaşıl salat, 1 ədəd soyutma kartof.
Şam: Yağsız kəsmik, pomidor salatı, 1 dilim qara çörək və şəkərsiz çay.

II variant:
Səhər: Südlü qəhvə, 100 qr. yağsız kəsmik, 1 dilim ağ çörək.
Yeməkarası: 1/2 stəkan tərəvəz şirəsi.
Nahar: 1 stəkan qatıq, 200 qr. soyutma toyuq, üzərinə cəfəri doğranmış 1 ədəd kartof, pörtlədilmiş kələm və çuğundur.
Şam: yaşıl salat, 1 dilim qara çörək, 1 fincan itburnu dəmləməsi.

III variant:
Səhər: Südlü qəhvə, 2 soyutma yumurta, 1 dilim qara çörək, turp.
Yeməkarası: 100 qr. meyvə.
Nahar: Tərəvəz şirəsi, yağsız toyuq, çiy kök salatı, ispanaq.
Şam: 100 qr. kəsmik, salat, pomidor şirəsi və 1 dilim qara çörək.


Tarix: 25.11.2014 / 11:23 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri