beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kosmetik vasitələrdən çox istifadənin sonu

Bu yaxınlarda Fransada kosmetik vasitələrin tərkibiylə bağlı araşdırma aparılıb. Məlum olub ki, məşhur kosmetik vasitələrin tərkibindəki kimyəvi maddələr qadınların orqanizmlərində allergiya, ürək-damar fəsadları yarada bilər, hətta reproduktiv funksiyaları pozar və ya ölümə səbəb ola bilər.



Demək olar ki, bütün qadınların istifadə etdiyi adi dodaq boyasının tərkibində qurğuşun, kadmium, perabenlər və metakrilat kimi zəhərli kimyəvi maddələr var. Ən təhlükəli maddə isə dodaq boyasında konservant qismində istifadə edilən triklozandır.

Fransız alimlərinin sözlərinə görə, triklozan ürəkdə ciddi problemlər yaradır, əzələ gücünü aşağı salır. Bundan başqa, triklozan çəkini artırır, qadında arzuolunmahz tüklərin sıxlığının çoxaldır və hətta qısırlığa səbəb olur.

Kosmetik vasitələrdən ifrat istifadə nəticəsində xanımların həyatı sona da çata bilər.

Fransa Kosmetik Vasitələr İstehsalçıları Assosiasiyası isə alimlərin açıqlaması ilə razılaşmadığını bildirib.


Tarix: 22.06.2013 / 11:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 69 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri