beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam arıqladan 3 pəhriz

1. Az kalorili pəhriz
Bu pəhrizdə gündəlik kalori sərhədi 1500 kkal-dır. Şəkər, şirniyyat və hər cür karbohidratdan uzaq dayanmağı tələb edən bu pəhrizdə gündəlik 100-150 qramdan çox çörək istifadə etməməyiniz məsləhət görülür. 80 qramdan çox yağ və 60 qramdan çox zülal da bu pəhizi saxlayanlara qadağandır. Yüksək kalorili olduğundan spirtli içkilərdən də uzaq dayanmalısınız. Gündə 5-6 dəfə, hər dəfə çox az qidalanmaq təklif edilir. Menyunuz vitamini bol, kalorisi az olan qidalardan ibarət olmalıdır.

2. Az-az və tez-tez yemək pəhrizi
Bu pəhriz xüsusilə mədə narahatlığı yaşayan insanlara təklif edilir. Ac olduğunuz zaman yemək yeyə bilərsiniz, ancaq özünüzü tox hiss etdiyiniz zaman masadan qalxmağınız lazımdır. Gündə 3 dəfə mədənizi tamamilə doldurmaqdansa, 5-6 dəfə, hər dəfə çox az porsiyalarla yemək yeyə bilərsiniz. Gündə ən az 2 litr su içmək lazım olan bu pəhrizdə unlu və şəkərli qidaları məhdudlaşdırmaq lazımdır.

3. Az yağlı pəhriz
Bu pəhrizdə gündə 40 qramdan çox yağ istifadə etmək qadağandır! Az yağlı pəhrizdə dərisiz toyuq əti, yağsız balıqlar, meyvələr, tərəvəzlər və az yağlı süd məhsullarından istifadə edilməlidir. Həmçinin bədən üçün zərərli olan yağı məhdudlaşdırmaq özünüzü daha yaxşı hiss etməyinizi də təmin edəcək. Ancaq bu pəhrizdə diqqət olunması lazım olan şey bədənin yağ almasını tamamilə azaltmamaqdır. Yağ qəbulu gündəlik 15-20 qramdan az olduqda yağda həll olan A, D, E və K vitaminləri bədən tərəfindən əmilmir və vitamin çatışmazlığı problemi yaşanır. Gündəlik 40 qram qaydasına əməl etmək kifayətdir.


Tarix: 25.11.2014 / 11:07 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri