beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çaydan gələn gözəllik

Soyuq keçən qış, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, çay sizə köməkçi ola bilər.
Çində çay 4 il əvvəl də dərman kimi istifadə edilirdi. Günümüzdə də mütəxəssislər yaşıl çayın bədənimizdəki yararlı təsirlərə malik olduğunu deyirlər. Çayda olan vitaminlər və yod insana uzun müddətli yaşama özəlliyi qazandırır. Çaydakı tein qan damarlarını genişləndirib, dövranı möhkəmləndirir, orqanizmin enerjisini qoruyur. Hətta çay ürək və mədəni gücləndirir, kollestrol səviyyəsinin yüksəlməsinin qarşısını alır.
Bəs gözəllik üçün çaydan necə istifadə etmək lazımdır? Bunun üçün aşağıdakıları diqqətlə oxumağınız daha msələhətlidir.
Çayla yuyunmaq və kompres qoymaq
Tonik təsir: 1 xörək qaşığı çaya 50 qr qaynar su əlavə edib, dəmləyin. Soyudun. Pambıqla üzünüzə və boynunuza çəkin.
Yumuşaldıcı təsir: çaya mineral su əlavə edib, dəmləyin. Soyudub lasyon kimi səhər-axşam istifadə edin.
Gözəl bir dəri rəngi üçün: yaşıl çayı dəmləyib, soyudun, sonra isə həmin çayla üzünüzü yuyun.
Göz altı sallanmalar və qaraltılara qarşı: istifadə olunmuş çay paketlərini soyuducuda bir neçə dəqiqə saxlayıb, gözün altına qoyun.
Yorğun gözlər üçün: yaşıl çayı dəmləyib, soyudun. Pambığı isladıb, göz qapaqlarınızın üzərində 15-20 dəqiqə saxlayın.
Qırışlara qarşı: Üzünüzə isti çayla kompreslər qoyun. Üstünü dəsmal ilə örtüb, 15-20 dəqiqə gözləyin.
Saçlar üçün: Saçlarınızı həddən artıq yağdan təmizləmək üçün əvvəlcə yuyun. Sonra saçlarınızı yaxşıca dəmlənmiş ilıq çayla durulayın.
Güclü saç tökülməsimə qarşı: Bir həftə müddətində hər gün saç dərisini dəmlənmiş çayla yaxşıca silin.
Kəpəyə qarşı: Saçlarınıza maska edin. Bərabər ölçüdə hind yağı, çay və suyu qarışdırın. 2-3 saat ərzində saçınızda saxlayıb, yuyun. Bunu həftədə 2 dəfə təkrarlayın.
Qırışlar üçün çaylı maskalar
1.Bu çay maskası qan dövranını gücləndirir, dərini nəmləndirir, qırışları açır: 1 yumurta sarısı, 1 xörək qaşığı bitki yağı, bir neçə damcı limon suyu, 1 xörək qaşığı təzə dəmlənmiş çay. Bunları qarışdırıb üzünüzdə 15 dəqiqə saxlayın.
2.Quru və normal dərilər üçün çaylı maska: 1 xörək qaşığı krem, 1 xörək qaşığı dəmlənmiş çay, 1 xörək qaşığı mayonez. Əvvəlcə südü su ilə qarışdırıb, üzünüzü yuyun, maskanın ilk qatını çəkin. 3 dəqiqə saxlayıb, ikinci qatı da çəkin. 15 dəqiqə sonra maskanı çaylı pambıqla silin.
3. Çaylı maska: 5 xörək qaşığı yaşıl çayı 3 xörək qaşığı kefir ilə qarışdırın. 15 dəqiqə üzünüzdə saxlayıb, yuyun.
4.Quru və qırışıq dərilər üçün çay maskası: 2 xörək qaşığı bal, 1 xörək qaşığı dəmlənmiş çay, 2 xörək qaşığı yulaf unu, 1-2 xörək qaşığı su. Bunları yaxşıca qarışdırın, isidin, qalın bir qat kimi üzünüzə çəkin, kağız ilə bağlayın, 20 dəqiqə sonra soyuq su ilə yuyun.
5.Qocalma əlamətləri hiss olunan dərilər üçün çay maskası: 1 xörək qaşığı una qatıq halına gələnə qədər isti çay tökün, yumurta sarısı əlavə edin, üzünüzə çəkib, 20 dəqiqə gözləyin. İlıq su ilə yuyun.


Tarix: 22.06.2013 / 12:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri