Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qocalmanın qarşısını almağın 4 üsulu

Hər kəs uzunömürlülüyün sirrini axtarır. Lakin cavan qalmaq yalnız bir faktdan asılı deyil. Qocalmanın qarşısını almaq və ya qocalmanı ləngitməyin bir neçə yolu və üsulu var.

Alimlər qocalmanın qarşısını 4 yolla almağı mümkün sayır.

1. Hər zaman günəşdən mühafizə vasitələrindən istifadə edin.



Müntəzəm olaraq, Günəşdən mühafizə edən kremlərdən və digər vasitələrdən istifadə etmək dərini Günəşin zərərli təsirindən mühafizə edir və cavan saxlayır. Lakin kremlərdən istifadə edərkən diqqətli olun. Dəri xərçənginin qarşısını alan və dərini cavanlaşdıran kremlərə üstünlük verin.

2. Aralıq dənizi pəhrizindən istifadə edin.



Qida rasionunuzda, zeytun yağına, tərəvəzə və balığa üstünlük verin. Bu məhsullar beynin qocalmasının qarşısını alır və işləmə qabiliyyətini dəfələrlə artırır. Bu cür qidalanma, həmçinin ürək qan-damar sisteminin xəstəliklərinin qarşısını alır, diabetə tutulma ehtimalını azaldır və həmçinin xərçəngin bəzi növlərinin yaranma ehtimalını minimuma endirir.

3. Zehnin və bədənin gümrahlığı üçün məşqlər edin.



Krossvord həll etmək, dostlarla şahmat oynamaq, daimi zehni işə salacaq məntiqli məsələləri həll etmək insan beyninin daim kəskin düşünməsini təmin edir. Həmçinin bədənin gümrahlığı üçün, səhər və axşam yürüşləri, fiziki aktivlik, təbiət qoynuna çıxma və s. kimi fiziki hərəkətləri etmək lazımdır.

4. Stressin azaldılması.



Dərin tənəffüs məşqləri, məsələn yoqa və yaxud da stress anında tənəffüsün tempinin dəyişməsi çox faydalıdır. Narahatçılığınızı öz qorxunuzda saxlamağınız sizi böyük stress altına salacaq ki, bu da daha tez qocalmaya səbəb olur.

Qocalma haqqında elmin görkəmli nümayəndəsi olan İ.İ.Meçnikov hesab edirdi ki, insan orqanizmindəki ehtiyatlar onun 120 il yaşamasına kifayət edə bilər. Alim həyati funksiyaların tükənməsini bağırsaqlardakı çürümə prosesləri ilə əlaqələndirirdi. Bunları da qatıq yeməyin köməyi ilə aradan qaldırmağı məsləhət görürdü. Onun devizi belədir: «Zərərli vərdişlərdən, yəni alkoqol və siqaretdən, artıq yeməkdən, şirniyyata olan meyildən imtina, işin və istirahətin düzgün növbələşməsi, xoşbəxt və uzunömürlü ailə həyatı və ən əsası müsbət emosiyalar sağlam həyatı təmin edir”.

Prussiya alimi K.V.Qufeland belə nəticəyə gəlmişdir ki, mənfi emosiyalar qocalmağın əsas səbəbləridir. O, ətrafdakılarla xoş münasibətdə olmağı, mübahisələrdən uzaq durmağı və yalnız pozitiv fikirlər haqqında düşünməyi tövsiyə edirdi. O əmin idi ki, optimist insanlar uzunömürlü olmağa namizəddirlər.

Flotovun qidalanma sistemi də yaxşı nəticələr əldə etməyə imkan verir. Belə ki, o, xəstə olduğu halda gün ərzində 250 qram üyüdülməmiş taxılı çeynəyərək yeyir və 1 kq. meyvə qəbul edərmiş. 1 neçə aydan sonra tamamilə sağalaraq, 60 yaşında ikən heç cavanlığında da malik olmadığı yüksək iş və zehni qabiliyyətə sahib olmuşdu.

Cavanlaşmaq və uzunömürlülük qazanmaq üçün qida ilə orqanizmə təbii antioksidantlar daxil olmalıdırlar. Bunlar ilk növbədə E, A, C, K, P vitaminləridir, selendir ki, gicitkəndə, üzümün qırmızı növlərində, qırmızı kələmdə, çuğundurda, şüyüddə, cəfəridə, vəzəridə, nanədə, adaçayında vardır.

Alma, albalı, tünd gilas, itburnu, qoz, qara quşarmudu, qara çay, qara qarağat, soğan, sarımsaq müəyyən dərəcədə antioksidantlarla zəngindirlər. Hər gün turş-süd məhsullarının qəbul edilməsi də qocalmanın qarşısını alan vasitələrdəndir.

Yaponiyada çox yaşamaq üçün yaşıl çay, sardina, küncüt və natto (Yaponiyada səhər yeməyində yeyilən xüsusi növ lobyadır) qəbul edirlər. Küncütün tərkibində antosianin adlı ferment vardır ki, bu da hüceyrələrin qocalmasını ləngidir. Natto isə xüsusi olaraq damarlarda trombların əmələ gəlməsinə əks təsir göstərir. Ötən əsrin əvvəllərində N.Aniçkov tərəfindən irəli sürülən xolesterinin qocalmaya təsiri haqqında hipotezi özünü çoxdan doğruldub.

Qocalmamağın əsas səbəblərindən biri də beyni və bədəni daim fəaliyyətdə saxlamaqdır. Alimlərin hesablamalarına görə, 80 yaşına çatmış insanda belə sinir hüceyrələrinin 90 faizi istifadə olunmamış haldadır. Belə çıxır ki, beyin ən tənbəl orqandır. Bütün xəstəliklər isə əqli və fiziki durğunluqdan baş verir. Zəif, tənbəl insanlar çətinliklər qarşısında aciz qalır, güclülər isə mübarizə edirlər. Bir qayda olaraq, ölüm orqanizmdə yaranan intoksikasiyadan – zəhərlənmədən baş verir. Ona görə də uzunömürlü olmaq üçün orqanizmi zəhərləməməli, həddindən artıq yeməməli, yatmağa 3 saat qalmış qida qəbul etməməli, fiziki işlə məşğul olmalı, onu zehni əməklə növbələşdirməlidir.

Təsadüfi deyil ki, kişilər zəif cins adlandırdıqları qadınlardan daha az yaşayırlar. Çünki onlar daha çox ət, şəkər, yağlar qəbul edirlər. Gecə yatmazdan əvvəl yeməyi sevir, zərərli vərdişlərə daha çox aludə olur, müasir dövrdə isə demək olar ki, heç piyada gəzmirlər. Deməli, ömrün uzun müddətli olub-olmaması ən əsası insanın özündən asılıdır.

Biz özümüz sağlamlığımızın düşməniyik. Onun üçün düzgün olmayan həyat tərzi və qeyri -sağlam qida ilə təhlükə yaradırıq. Uzunömürlülər isə aktiv həyat tərzi keçirirlər. Onlar artıq çəkidən əziyyət çəkmir, təmiz çiy su içir, əsasən təbii məhsullarla qidalanırlar.


Tarix: 24.11.2014 / 16:43 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...