beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payız üçün dərini cavanlaşdıran maska reseptləri.

Havaların soyuması dəriyə xüsusi qulluq tələb edir. İsti havaya nisbətən soyuq, külək və şaxta dəriyə daha pis təsir edir və quruluq yaradır. Mütəxəssislərin fikrincə, güclü şaxtalar hələ düşməsə belə, külək dərinin qocalma prosesini sürətləndirir.

Alma maskası: 1 almanın yarısı əzilir 1 yumurta sarısı 1 x. qaşığı bal 1 x. qaşığı alma sirkəsi 1 çay qaşığı B qrup vitamin tozu 1 çay qaşığı askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. Bu maskanı istənilən tipli dəridə istifadə etmək olar.

Bal maskası: 100 qram bal isti suda qızdırılır, üzərinə tədricən 50 ml araq əlavə edilir. Pambıqla üzə çəkilir və 10-15 dəqiqə saxlanılır.

Portağal maskası: Kosmetoloqlar bu maskanı hər növ dəriyə, xüsusilə quru və rütubətli olana, məsləhət görürlər.

Tərkibi: 2 çay qaşığı un, 1 ədəd portağalın təzə sıxılmış şirəsi. Şirəni tənzifdən süzərək, unla yaxşıca qarışdırın və həmin kütləni üzə sürtdükdən sonra üzü ya tənzif, ya da burun üçün kəsik qoymaq şərtilə, bir qədər möhkəm parçadan xüsusi maska ilə örtün. 15-30 dəqiqədən sonra maskanı nəm pambıq tamponla ehtiyatla təmizləyərək, üzü sərin su ilə yüngülcə yaxalayın.

Quru üzlər üçün banan maskası: Bu maska qədim Şərqdə istifadə olunmuş klassik maska növlərindəndir. Burada qaymaq və kartof unundan istifadə etmirlər. Bananın qabığını soyun, içini yaxşıcı əzib üzün dərisinə və sinənizə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra, əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun.

Yağlı dəri üçün zülal maskası: Yumurta ağı dəriyə tutqunluq gətirir, onu təmizləyir və möhkəmlədir. Hələ qədim dövrlərdən insanlar yumurtanın ağından dərini təmizləmək üçün və günəşdən qaralmaya qarşı istifadə ediblər.

Tərkibi: 4 çay qaşığı yulaf və ya qarğıdalı unu və bir yumurta ağı. Komponentləri qarışdıraraq köpüklənənə qədər çalırlar. Əmələ gəlmiş qarışığı üzə sürtürlər və 20 dəqiqə saxlayırlar. Qurumuş maskanı salfetlə təmizləyirlər.

Maya maskası: Dərini yumşaltmaq və cavanlaşdırmaq üçün 2-3 çay qaşığı çörək mayasını süddə xama qatılığına gətirib üzə sürtmək lazımdır.

Göy noxud maskası: (Roma maskası). 4 qaşıq əzilib toza çevrilmiş göy noxudun üzərinə eyni miqdarda təzə süd zərdabı əlavə edin. Qarışığı diqqətlə qarışdırın və dəri cizgiləri boyunca əvvəlcədən təmizlənmiş üzə çəkin, gözləyin ki, maska tamamilə qurusun və astaca barmaqların ucları ilə dairəvi hərəkətlərlə silin. Sonra bir neçə dəfə dərini əvvəlcə isti, sonra soyuq su ilə yaxalayın.


Tarix: 24.11.2014 / 16:39 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri