Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın gözəlliyini nələr məhv edə bilər

Dəri problem öz-özünə ortaya çıxmır. Bəzi səhvlər dərini daha yaşlı göstərə və pis nəticələrə gətirib çıxara bilər.

1. Makiyajlı yatmaq – dəri üçün bundan zərərli bir şey ola bilməz. Əgər sağlam dəri istəyirsinizsə, yatağa getməzdən əvvəl bütün makiyajı üzünüzdən təmizləyin və nəmləndirin. Makiyaj gecə dərinin nəfəs almasına mane olur.

2. Köhnə makyaj vasitələri– heç bir kosmetik vasitəni istifadə etməyə başladıqdan sonra 12 aydan artıq saxlamayın. Bir kosmetik məhsulun qapağı açıldıqdan sonra 12 ay müddəti vardır. Quru göz kölgələrinin ömürü isə 3 ildir. Lakin kosmetik məhsulları düzgün qaydada saxlamaq lazımdır.

3. Üst-üstə makiyaj etmək – səhər evdən çıxan zaman makiyaj etmisinizsə, onu yeniləməklə dərinizə ən böyük pisliyi edirsiniz. Dəridə neçə qat ənlik, kirşan, tonal krem yığılır və onu qurudur. Üzünüzü təmizləmədən makiyaj etməyin.

4. Tez-tez peeling etmək – Peeling müəyyən vaxtlarda təkrarlanan bir prosesdir. Hər gün və ya 2 gündən bir peeling etmək olmaz. Əks halda dəridə yeni hüceyrə yaradan sebum azalar və ləkə kimi problemlər yarana bilər.

5. Kirli makiyaj fırçaları – qoca nənələr kimi 40 il əvvəl alıb saxladığınız makiyaj fırçalarını sandıqda saxlamayın. Həftədə bir dəfə bütün makiyaj fırçalarınızı yuyun. Mümkün olsa, spritlə təmizleyin.


Tarix: 22.11.2014 / 14:23 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...