beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçı tez ağaranlar bu qidaları yesin - SİYAHI

Həm qadınlarda, həm kişilərdə erkən yaşlarda saçların ağarması mənəvi olaraq "çökdürən" bir problemdir. Bu problemin səbəbləri və həll yolları

Sun.az-ın yazısında Saçların zamansız ağarmasının səbəbləri fərqlidir:

Yetərsiz qidalanma
Stress
Vitamin çatışmazlığı
Saçı çox isti suyla yumaq
Saç boyası istifadə etmək
Saça rəng verən hüceyrələrin ölməsi
Yaşlanma
Çox kimyəvi məhsul istifadə etmək
Dərman istifadə etmək

Qidalanma çatışmazlığı ilə əlaqəli olan saçların ağarmasının altında B qrup vitaminləri, dəmir, mis, yodun yetərsiz qəbulu dayanır.

Saçı erkən ağarmağa başlayan adamlar A, E,C vitaminləri qəbul etməli, turş qidalar yeməlidir.

Qaraciyər üçün faydalı olan balıq yağı, yaşıl yarpaqlı tərəvəzlər və kök kimi beta karotenlə zəngin qidalar qəbul edilməlidir.

Proteinlərə önəm verilməli, qırmızı ət, qatıq, kələm, tum, pomidora qida rasionunda xüsusi yer verilməlidir.

Erkən ağaran saçlara faydalı olan meyvə bektaşi üzümüdür. Üzümü qurutduqdan sonra hind qozu yağı ilə qovurun. Daha sonra 1 gecə suda saxlayın. Saçın son durulama suyu olaraq istifadə edin və masajla saça yeridin.

Təzə bektaşı üzüm suyu sıxılır. 1 xörək qaşığı üzüm suyu, 1 çay qaşığı badam yağı və bir neçə damcı limon suyu əlavə edilir. Bununla saçlar müntəzəm olaraq masaj edilir.

Xoruzpipiyi çiçəyinin bənövşəyi qismləri toplanıb əzilir və saçlara masaj edilir.

Balqabağı dilimləyərək qurudun, hind qozu yağı ilə qovurun. Püre halına gətirib saçlarınıza masaj edin.

Bol-bol kərə yağı yeyin.

Badam yağı ilə saçları və saç dərisini masaj edin.

Dəfnə yarpağı süd kremi ilə qarışdırılaraq saça tətbiq edilir. 15-20 dəqiqə saçda saxlandıqdan sonra yuyulur və ilıq suyla durulanır.

Səhərlər qatıq, bal, tum yemək saçların tünd çıxmasına kömək edir.

Saçları yuduqdan sonra son durulama suyu olaraq dəmlənmiş çaydan istifadə edin.

Stressdən uzaq durun və kimyəvi tərkibli saç məhsulları istifadə etməyin.

İlanbalığı yağını da saçlarınıza sürtə bilərsiz. ailem


Tarix: 24.11.2014 / 16:24 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri