beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç tökülməsinin qarşısı necə alınmalıdır?

Bitki mənşəli müalicə üsullarıyla saç tökülməsi:
Gündə, normal olaraq 80 saç tükü tökülür. Bundan çox tökülmə, yaşın çox olması, bəzi qızdırmalı xəstəliklər, qansızlıq, vərəm, şəkər xəstəliyi kimi bütün bədənə təsir edən xəstəliklərdən sonra görülür.
Saç tökülməsinin qarşısı necə alınmalı?
Bitki mənşəli saç tökülməsinə qarşı məsləhətlər:
*20 stəkan qaynar suya, 1 xörək qaşığı gicitkən otu qoyularaq, yarım saat gözlədikdən sonra, təmiz tənzifdən süzməli. Yatmazdan əvvəl, bu suyla saç diblərini oavaraq yumalı.
* 2 stəkan ilıq suya, 1 ədəd çiy yumurta sarısı çırpıb, qarışdırdıqdan sonra, axşamüstü saçlara sürtməli. Səhər, sabunla yumalı. Bu üsul kəpəyində qarşısını alır.
* 1 baş sarımsağı bişirib, sonra əzməli. 1 xörək qaşığı zeytun yağı qoyub, qarışdırmalı. Yatmazdan əvvəl, saç diblərinə sürtməli. Təmiz bir yaylığa büküb, yatmslı. Səhər, sabunla yumalı.
* Təmiz bir şüşəyə, 2 su stəkanı isti su, 2 xörək qaşığı (25 qram) karbonat və 2 xörək qaşığı (25 qram) paltar sabunu qoyub, yaxşıca çalxaladıqdan sonra 24 saat gözləməli. Sonra, üstdə yığılan qisimi götürüb, saçlara sürtüb, 6 saatdan sonra yumalı.
* 10 stəkan suya, 11 ovuc kəpək qoyub,. 10 dəqiqə qaynatdıqdan sonra təmiz tənzifdən süzüb, suya 1 su stəkanı təzə sıxılmış limon suyu əlavə edərək saçları yumalı. Eyni halı 15 gün davam etdirməli.
* 8 stəkan suya, 1 ovuc gülxətmi çiçəyi əlavə edib, 10 dəqiqə qaynatdıqdan sonra təmiz bir tənzifdən süzüb, saçları yumalı.
* 1 su stəkanı bala, 1 çay qaşığı qara bibər və 1 qəhvə fincanı yeni sıxılmış quru soğan suyu əlavə edərək, yaxşıca qarışdırdıqdan sonra, saçların dibinə yaxşıca sürtməli. 6 saat sonra ilıq su ilə, sabunla yumalı.
Saç tökülməsi problemi yaşayanlar, bitki mənşəli müalicəni tətbiq edərək, saç tökülməsinə qarşı maneə törədə bilərlər. Müalicələrin hamısını eyni anda etməmək, içlərindən sizə uyğun olanı seçərək, zamanla hamısını sınayaraq nəticə ala bilərsiniz. Hamısı təsirlidir. Bunun üçün bu bitki mənşəli saç baxım üsullarıyla saçlarınızı qoruya bilərsiniz.


Tarix: 24.11.2014 / 10:25 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri