beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaz fəslində dəriyə qulluq üsulları!

Yaz fəslində dəriyə qulluq üsulları

Yaz insan dərisi üçün ən çətin fəsil sayılır. Vitamin çatışmazlığı, havanın mənfi təsiri və bir çox başqa amillər də dərimizə təsir edir. Qışdan yorğun çıxan dərimizin qidalanmaya ehtiyacı var. Dəriyə daxildən, həm də xaricdən qulluq yollarının sadə reseptlərini təqdim edirik.
1. Dərinin elastikliyini təmin etməkdir.

Dərinin elastikliyini kollaqen təmin edir ki, bunun da əsas mənbəyi C vitaminidir.C vitamini əsasən çiyələk, naringi, limon, moruq, kivi və itburnunda olur.

2. Dərinin parlaqlığını artırmaq.

Dərinin təravətli və parlaq olmağı əsasən E vitaminindən asılıdır. E vitamini bu qida məhsulların tərkibində olur: bitki yağları, yumurta, kələm, gilas, alma və armud tumları.

3. Dodaq çatlarından qorunmağın yolları.

B2 vitamini orqanizmdə saçların, dırnaqların qorunması üçün vacibdir. Bu vitamin çatışmazlığının ilkin əlaməti dodaqda çatların əmələ gəlməsidir. Bu vitamin böyrək, ciyər, yumurta, maya və badamda daha çox olur.

4. Sızanaqların qarşısını almaq.

Bunun üçün ilk növbədə soyuqdəymədən qorunmaq lazımdır. Qarpız, pomidor, qreypfrut, tomat pastasından tez-tez qəbul etmək lazımdır. Bundan əlavə qara çörəyi, düyünü, makaronu da yeməyinizdə daha çox edin.

5.Qırışların sayını azaltmaq.

Qırmızı çaxır, üzüm, kişmiş dərinin qırışlarını azaldır, qan dövranına kömək edir.

Bütün bunlar gözəl, sağlam, yaraşıqlı görünməyimizin əsasını təşkil edir.


Tarix: 24.11.2014 / 10:16 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri