beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BB kremlərinin faydaları və zərərləri nələrdir?

Bəyaz dişlərə sahib olmaq haqqınGözəllik və baxım kremləri gündən-günə artır. Kosmetika sahəsində bomba təsiri yaradan BB kremləri də son zamanlar qadınlar aarasında yaman dəbə minib. Bəs bu BB kremləri nədir? BB kremlərinin hər hansı zərərləri varmı?

BB kremləri ilk olaraq Almaniyda bir dermatoloq tərəfindən məlhəm kimi hazırlanıb, lakin daha sonra Asiyda və xüsusən də Şimali Koreyada bu kremlər inkişaf etdirilib və kosmetika sahəsinə bomba kimi düşüb. Hazırda isə dünyanın bütün ölkələrində ildırım sürəti ilə satılır.

Asiyalılar illərdir ki, bu kremlərdən istifadə edir və dərilərinin qüsursuz olmasını BB kremlərinə borcludurlar. BB kremləri həm nəmləndirici, həm də müalicəvi xüsusiyyətlərə malikdir. Bundan başqa dərini qidalandırır. Üstəlik gecə yatmazdan əvvəl təmizləməyi unutsanız da, dəriyə zərər vermir.

BB kremləri nədir?
BB krem = Qırışları örtən və azaldan + günəş qoruyucu, sızanaqları örtən + ləkələri gizlədən + təbii tonlaşdırcı + güclü qidalandırıcı və nəmləndirici + parladıcı kimi mükəmməl xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərin hamısı bir yerdə toplandığı üçün ona "All in one” kremləri də deyilir. Yəni, hamısı bir yerdə.

Qalıcı xüsusiyyətlərə malik olduğu üçün gün ərzində bir neçə dəfə makiyajı təzələməyə ehtiyac yoxdur. Axşam təmizləməsəniz belə, dərini korlamır. Əskisənə, dərini qoruyur və gözəlləşdirir.

BB kremlərinin faydalarını bu şəkildə sıralamaq olar:
Dərini 24 saat nəmləndirir.
Kremin tərkibində olan mineral piqment ləklərini çəkildiyi anda tonunu dəyişdirir.
Dəridəki cizgiləri və incə qırışları gizlədir.
Tərkibindəki C vitamini sayəsində dəriyə təravət və parlaqlıq bəxş edir.
15 faktorlu qoruyucu xüsusiyyəti ilə dərini günəşin mənfi zərərlərindən qoruyur.
Günəş şüuları dərinin yaşlanmasını sürətləndirir. Lakin BB kremlərinin bu qədər faydasını görüb aldanmaq lazım deyil. Hər nə qədər faydalı və mükəmməl xüsusiyyətləri olsa da, nəticə etibarı ilə BB kremləri rəngli nəmləndiricidir və əsl nəmləndiricinin yerini verə bilməz. Yaşlanmanın qarşısını almaq üçün hədsiz isti günlərdə hər gün evdən çıxmazdan əvvəl günəş qoruyucu krem çəkməyi unutmayın. da bir neçə rəvayət var lakin bunların hansı dişlər üçün daha sağlamdır?

1. Sərt fırça istifadə etmək və sərt fırçalamaq dişləri bəyazladır? Sərt diş fırçaları diş minasına daha çox zərər verir. Dişləri səhv fırçalamaq onların aşınmasına, soyuq və isti suya qarşı həssas olmasına gətirib çıxara bilər. Dişləri yaxşı fırçalamaq sərtliklə deyil, fırçalama texnikası iıə bağlıdır. Adətən orta sərtlikdə diş fırçaları işlədilir. Çünki çox sərt fırçalar dişləri aşındırır. Çox yumşaq fırçalar isə dişləri yaxşı təmizləmir.

2. Diş məcunundan həddindən artıq istifadə etmək dişləri cızırmı? Diş məcununun miqdarından çox içindəki qranulların böyüklüyü önəmlidir. Dişlərin mina təbəqəsinin cızılması məcunun çox istifadə edilməsi ilə deyil, işlədilən məcunun qranullarının böyük olması ilə bağlıdır. Buna gör də qranulları iri olan diş məcunlarından mütəmadi olaraq istifadə edilməməlidir.

3. Karbonat (soda) və duzla fırçalamaq dişləri bəyazladırmı? Karbonat və duz böyük qranullu olduğu üçün dişin təbii quruluşunu pozub daha çox rənglənməsinə səbəb ola bilər. Buna görə də dişləri tez-tez karbonat və duzla fırçalamaq olmaz.

4. Dişləri bəyazlatmaq onları daha çox saraldırmı? Dişləri tibbi yolla bəyazlatmaq onların rəngini açmaq üçün edilir. Həkimin tövsiyə etdiyi kimi qidalansaq, yəni bəyazlatma müddətində dişləri boyayan (çay, qəhvə, kola, siqaret) maddələrdən uzaq dursaq və qeydinə qalsaq, dişlər saralmaz.

5. Bəyazladıcı məcunlar dişə zərər verirmi? Əslində, bu fikirdə həqiqət var. Bəzi məcunların içindəki qranullar çox olduğu üçün diş minasını zədələyə bilər. Buna görə də bəyazladıcı məcunlarını həkim məsləhəti olmadan almayın. Siqaret çəkənlər bəyazladıcı məcunlardan və çox istifadə etməməlidir. Xüsusən də həkim nəzarəti olmadan dişləri bəyazladıcı məcunlarla fırçalamayın.

6. Diş daşlarının təmizliyi də dişlərə zərər verirmi? Diş daşı təmizliyi həkim tərəfindən edildiyi müddətdə dişlərə heç bir zəzər vermir, əksinə daşların orada qalması dişlər üçün çox zərərlidir. Gələcəkdə dönüşü mümkün olmayan toxuma itkisinə səbəb ola bilər.

7. Diş daşlarını təmizlədikdən sonra daha çox diş daşı yaranır? Dişləri hər gün fırçalamaqla diş daşlarının yaranmasının qarşısını almaq mümkündür. Lakin diş daşları bir daha yaranmayacaq deyə bir şey yoxdur. Yaranan daşlar mütəmadi olaraq həkim tərfindən təmizlənməlidir.

8. Evdə bəyazlatma edilə bilərmi? Mağazalarda və apteklərdə satılan diş bəyazladcıların içindəki gellərin konsantrasiyası çox aşağı olduğu üçün çox effektli olmaya bilər. Bu məhsulları düzgün işlətmək də asan deyil. Ağardıcı məhsullardan düzgün istifadə edilmədiyi halda dişlər zərər görə bilər.

9. Dişləri ağartmaq dişlərin həssas olmasına gətirib çıxarırmı? Diş bəyazladıcı vasitələr dişlərin hardasa həssas olmasına səbəb ola bilər. Lakin yeni istehsal olunan bəyazladıclar dişlərə o qədər də zərər vermir. Yaranan həssaslıq bir gün ərzində keçir. Həssaslıq keçməyən xəstələrdə isə xüsusi dərman və məcunlarla həssaslığı aradan qaldırmaq mümkündür.


Tarix: 23.11.2014 / 18:09 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri