Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçlarınızı belə kəsin

Dəb aləmində baş verən ən xırda yenilik belə olduqca maraqlıdır. Xüsusilə dəblə geyinməyi sevənlər üçün.

Qadin.az-ın məlumatına görə,Stilist Samir Əliyev (Samiraldo) ANS PRESS-ə açıqlamsında dəbin yeniliklərindən danışıb. Onun sözlərinə görə, bu il kobudluq zərafət sayılacaq. Belə ki, payız qış mövsümündə sinə dekoltesi olan, tünd və kobud görünüşü olan geyimlər dəbdə olacaq.

Ayaqqabılarda da bu kobudluq açıq aydın hiss ediləcək. Rəng tendesiyası isə bənövşəyi, qəhvəyi və qaradır.
Aksesuarlar da diqqətdən kənarda qalmayıb. Bu mövsümdə mirvari yenidən gündəmə gələcək.

Makiyajda isə dəyişiklik yoxdur - qalın qaşlar,sadə gözlər.

Samiraldonun saçla bağlı dediklərinə görə, isə bu il biz qısa və telli saçlara tez-tez rast gələcəyik. Rənglərdə isə klassika heqomunluq edəcək. Qara və şabalıdı.


Tarix: 22.11.2014 / 14:24 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...