beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəriyə yaxşı gələn qidalar

Dərinizin parlaqlığını qoruması üçün bu qidaları mütləq istehlak edin.

İsti su və limon: Bu qarışığı səhər içdiyinizdə toksinləri atmağa köməkçi olar. Öd kisəsi və qaraciyəri hərəkətə keçirər, isti su bağırsaqların və dərinin su ehtiyacını qarşılayar.

Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, brokoli və kərəviz kimi tərəvəzlər, yüksək nisbətdə antioksidanlar ilə (yaşlanmağı gecikdirən və ətraf çirkliliyinin təsirini azaldan vitaminlər) dərinin elastik qalmasını təmin edən C vitamini, yaraların yaxşılaşmasına köməkçi olan A vitamini və hüceyrələrin oksigeni istifadə etməsini təmin edən E vitamini ehtiva edər.

Çuğundur: Dəridəki qıl damarların divarlarını gücləndirməyə köməkçi olan C vitamini çuğundurda yüksək nisbətdə olur.

Kök: Bol miqdarda A vitamini ehtiva edən kök, çox yaxşı bir sızanaq dərmanı və bağırsaq təmizləyicisidir. Kök eyni zamanda sağlam dəri, saç, dırnaq və sinirlər üçün lazım olan fosforu ehtiva edər.

Alma: E vitamini və folik turşu ehtiva edən alma, dərinin aydınlaşmasını təmin edər.

Balıq: Somon, ton balığı və uskumru kimi yağlı balıqlarda olan təməl yağ turşuları (omeqa 3lər), qızarıqlığın qarşısını alıb immunitet funksiyasını dəstəkləyərək dəri sağlığında əhəmiyyətli rol oynayarlar. Həftədə üç dəfə yağlı balıq yemək, quruluğu və qızarıqlığı azaldaraq dərinizin təmiz qalmasını təmin edər.

Qovun: Dərinizin rəngi donuqsa, gündə bir neçə dilim qovun yemək yaxşı gələcəkdir. Ayrıca dirsək bölgəsindəki dəri sərtləşmə və qurumaları üçün də faydalıdır.

Zeytunyağı: Dərini hamar, nəmli və elastik bir hala gətirər. Dəridəki qızarıqlığı və toxuma pozulmasının qarşısını alarkən, dəri qurumasına və sərtləşməsinə qarşı döyüş açar.

Giləmeyvələr: Tut, böyürtkən, çiyələk kimi giləmeyvələr qırışıqlıqlara yaxşı gəlir. Yaşlanmağı gecikdirmə mövzusunda ümid verən, antioksidan ehtiva edər. Ayrıca qısa zamanlı yaddaş və tarazlıq üçün də faydalıdırlar.

Düyü: Yüksək nisbətdə B vitamini və zülal ehtiva edən düyü, dərinin vaxtından əvvəl yaşlanmasını önləməyə köməkçi olar. Ayrıca maddələr mübadiləsi və həzmə təsirli bir şəkildə köməkçi olaraq dərinin quruluşunu dəstəkləyər.

Qatıq: Dəriyə parlaqlıq qazandıran qatıqdakı faydalı laktobasiller, təbii floranı qoruyar.

Yulaf: Toksinlərin çölə atılmasını təmin edən yulafın ağır-ağır bişərək hazırlanması lazımdır. Yulafın ehtiva etdiyi liflər, bədən tərəfindən toksinləri filtr etməkdə istifadə edilər. Ayrıca B vitaminləri baxımından da son dərəcə zəngindir.


Tarix: 06.07.2013 / 11:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri