beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Limonun verdiyi gozellik

Təbiətin qadınlara təqdim etdiyi gözəllik imkanları.

Meyvələr, tərəvəzlər, yumurta və süd qiymətli bir qida olmalarının xaricində, qadın gözəlliyinin qiymətli köməkçiləridir. Qadınların əksərən heç xoşlanmadıqları yağış belə bir gözəllik vasitəsi ola bilər. Bunun üçün aşağıdakı tövsiyələrə riayət etməniz kifayətdir.

Aşağıdakı maska ​​dərinizə eyni zamanda həm turşu, həm də vitamin qazandıracaq:

Bir limonun suyunun içinə, limonun qabığının xarici təbəqəsini rəndələyin. (Limon qabığının antiseptik yağlar etibarilə zəngin olan qismi burasıdır.)

Sızanaqlı və yağlı dərilər ümumi olaraq çox nəzakətli deyillər. Bununla birlikdə limon maskasını çox qüvvətli tapsanız, limon sununun yerinə bərabər miqdarda portağal və qreypfrut suyu istifadə edə bilərsiniz.

Limon suyu, dərini təmizləyən və qüvvətləndirən bir çox maskalarda də istifadə edilə bilər. İşdə onlardan bir dənəsi;

LİMONLU maska: - Bir limonun suyu ilə bir yumurtanın ağını əvvəla bərabərcə vurduqdan sonra, pudinq konsistensiyasına gələnə qədər dayanmadan qarışdıraraq bişirin. Bu maska üzə isti olaraq yayılacaq. Sonradan asanlıqla çıkarılabilmesi üçün, əvvəldən üzə bəsləyici bir krem ​​və ya düyü suyu sürmək faydalı olar.

ƏLLƏR ÜÇÜN LİMONLU losyon: - Bir limonun suyu ilə bir şorba qaşığı gliserini qarışdırdıqdan sonra, bu mayeyə bir neçə damla da odekolon qatın. Beləcə əllərinizi agardan bir losyon əldə edilmiş olacaqsiniz.

Pomidorlu losyon: - Limon yerinə bir pomidorun suyunu sıxaraq, içinə, limonlu losyon üçün istifadə etdiyiniz miqdarda qliserin və odekolon qatın. Bu iki losyonu üz ve elleriniz ucun isdifade ede bilersiniz.


Tarix: 03.07.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri