beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri baxımı haqqında bunları bilirdinizmi?

Qara nöqtələri sıxmaqla onlardan yaxa qutarmaq mümkündür. Əsla. Qara nöqtələrdən xilas olmaq üçün xüsusi məhsullardan istifadə edərək səhər-axşam üzünüzü yuyun. Sonra isə müvafiq lasyonlar tətbiq edin.
Şokalad yemək sızanaqlara səbəb olur. Bu da doğru fikir deyil. Şokalad, pizza və qızartma yeməklər sızanaqlara səbəb olmur. Bunları meyvə və tərəvəzlərlə birgə qəbul etməyə üstünlük verin. Sağlam qidalanma dərinizi də sağlam edir.
Makiyaj təmizləmə məhsulları dərini təmizləmək üçün kifayət edər. Səhv düşüncədir. Makiyaj təmizləmə məhsulları makiyajı üzdə təmizləyir, ancaq dərinin lap dərindən təmizliyə ehtiyacı hər zaman var. Gün ərzində bir dəfə dərinizi yaxşıca təmizləməlisiniz.
Civzələri partlatmaq ləkələr yaradır. Bu fikirdə isə həqiqətlik var. Sızanağı partlatmaq, infeksiyanın yayılmasına və böyüməsinə səbəb olaraq üz dərisində izlərin yaranmasına səbəb olur.
Sızanaq dərinin çirklənməsindən yaranır. Səhv fikirdir. Civzənin səbəbi yalnız dərinin çirklənməsi deyil. Çirk, yağ və ölü hüceyrələr məsamələri örtür və tük dibində yağ yığılmağa başlayır. Bu isə dərinin üzərində qabardılır, ağ və qara nöqtələr adlandırdığımız problemləri ortaya çıxarır.
Dərini çox isti su ilə yumaq olmaz. Yağ və çirkin məsamələrdən uzaqlaşması üçün isti su əhəmiyyətli olar, amma ümumilikdə isti su ilə üzü yumaq arzuolunan hal deyil. Üzünüzü gün ərzində 2 dəfə yumaqla sızanaqların yaranmasının qarşısını ala bilərsiniz.


Tarix: 24.12.2012 / 19:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri