beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+++++++++++Qalın saçlar kabus olmasın!

Əslində qalın saçlara sahib olduğunuz üçün şanslısınız və əminik bir çox adam sizin saçlarınıza sahib olmaq istəyir. Ancaq bilirik onlarla baş etmək hər vaxt asan olmur. Həlli var, kədərlənməyin! Saçlarınızla necə maraqlanmanız lazım olduğunu öyrəndiyinizdə, inadçı saçlara da vidalaşmış olacaqsınız.
Saçınızın qalın olması, çox şampun istifadə etmənizə lazım olduğu mənasını verməz.
Hətta saçlarınız tez yağlanmadığı üçün hər gün şampunlamanıza da ehtiyac yoxdur. Siz, quru saçlar üçün çıxarılmış şampunları seçməlisiniz.



Qalın saçlar quru olmağa meyillidir. Saçlarınızın nəmini qorumaq üçün, fen, düzləşdirici, maşa kimi istilik verən şəkilləndiricilərdən, saçlarınıza içində spirt olan məhsul istifadə etməkdən qaçmalısınız.



Saçlarınızı saç quruducusu yerinə dəsmalla qurutmaq daha yaxşı olacaq. Əgər evdən çıxmayacaqsınızsa, saçlarınızı daha tez bir saatda yuyun və özbaşına qurumağa buraxın. Saçlarınızın qabarmaması üçün geniş dişli daraqları seçin.
İncə telli saçların ağırlaşmasına səbəb olan baxım üsulları, gur və qalın telli saçlara çox yaxşı gəlir. Formasını qoruyan deyil, yumşaldan məhsullara diqqət edin. Saçınız uzunsa, bu məhsulları yalnız uclara sürün. Jeledən də uzaq dayanmalısınız. Çünki jele onsuz da nəmsiz olan saçı daha da çox qurudar.
İnadçı kimi görünən gur və qalın telli saç əslində daha asan formaya girər. Yüngül qat verilmiş çiyin xəttində qısa modellər, bu tip saçları çox daha hərəkətli göstərər.



Əgər qalın telli saçlar quruluq göstərməyə başlarsa, saç uclarında qırıqlara səbəb ola bilər. Bunu idarə altında tutmaq üçün altı həftədən bir nizamlı olaraq kəsdirməlisiniz.
Qulluq etmək istəyənlər, avokado və ya badam yağı kimi təbii maddələr ehtiva edən şampunları seçə bilər. Beləcə saçlar yumşalar. Gur və forma alma baxımından inadçı saçlara dörd yumada nəmləndirici maska tətbiq edilməlidir.


Tarix: 29.06.2013 / 12:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri