beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quruyan əllər üçün təbii maska

Əllər gah isti, gah soyuq suya girdiyi üçün quruluq əmələ gəlir və qabıq verir. Qurumuş və qabıq vermiş əllər qadınları yaşlı göstərir.

Əgər quruluq problemi tez-tez yaşanırsa və qarşısını ala bilmirsinizsə, gələcəkdə xroniki quruluq yaşamağa başlaya bilərsiniz. Buna görə də, əvvəlcədən tədbir görün. Gecələri əl kremi çəkmədən yatmayın. Quruyan əllərə həftədə 2 dəfə bitki maskaları etmək məsləhət görülür.

Hazırlanması:
2 litr ilıq suya 1 çay qaşığı badam yağı və yarım linom suyu töküb qarışdırın. Əllərinizi 15 dəqiqə bu məhlulun içində saxlayın. Ardından vazelin və limon suyunu qarışdırıb əllərinizə çəkib üstündən salafan keçirin.


Tarix: 28.06.2013 / 18:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri