beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saç tökülməsinə qarşı xurma

Zəngin vitamin və mineral tərkibi olan xurmanın hamiləlik sonrası görülən və stresə bağlı saç tökülməsinə də maneə törətdiyini bilirdiniz?
İnsan bədəninin sağlam və gümrah qala bilməsi üçün həyati əhəmiyyət daşıyan, 10-dan çox vitamin və mineral ehtiva edən xurmanın faydalarını bilirsiniz?
Vitaminlər və zəngin mineral tərkibi ilə bədən müqavimətinə iştirak edən xurma, doğumu asanlaşdırması və ana südünü artırmasıyla yanaşı qadında hamiləlik sonrası yaranan saç tökülməsi probleminə də çarə olur.
Hər keçən gün kəşf edilən faydaları xurmanı (Phoenix dactylifera) qida olaraq çox istifadə edilən bir qida halına gətirərkən, ehtiva etdiyi zəngin maddələr bir çox sağlamlıq probleminə yaxşı gəlir. Ürək-damar və mədə sağlamlığını qoruyucu, antioksidan xüsusiyyətə sahib olan xurma xüsusilə tərkibindəki vitaminlər, minerallar, və amin turşuları sayəsində qadınlar üçün əhəmiyyətli bir qidan qaynağı meydana gətirir.
"Xurmanın, xüsusilə hamilə və doğum edən qadınlar üçün əhəmiyyəti və faydaları bu gün elmi tərəfdəndə aydın bilinir" deyən Prof. Dr. Murad Türkoğlu, ananın zəifləyən bədəninə enerji qazandırmaq, doğumu asanlaşdırmaq kimi təsirləri ilə yanaşı xurmanın hamiləlik sonrası görülən və stresə bağlı saç tökülməsini də maneə törətdiyini bildirir.
Qadın üçün lazımlı bütün vitaminlər xurmada var.
Hamiləlik əsnasında hormonların təsiriylə güclənib canlanan saçlar, doğum sonrasında birdən dəyişən hormon tarazlığı və stres səbəbiylə sürətlə zəifləyərək tökülür.
"Yüksək dəmir və mineral tərkibi baxımından hamiləlikdə yaxşı bir qida olan xurma ehtiva etdiyi amin turşuları ilə də saç meydana gəlməsinə kömək olar. Bu səbəblə qadınların doğum əvvəli və sonrası xüsusilə təzə xurma yeməsi tövsiyə edilir" deyən Prof. Dr. Türkoğlu, xurmanın A vitamini, B1 (tiamin) B2 (riboflavin), biotin, folik turşu və askorbik turşu kimi vitaminlər, bitki mənşəli sterollər və eyni zamanda amin turşuları ehtiva edərkən zəngin vitamin və mineral tərkibi ilə saç müqavimətinin və qalınlığının artmasına kömək təmin etdiyini ifadə edir.


Tarix: 28.06.2013 / 19:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri