beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz dərisinə xeyirlidir:

* Qarabaşaq və düyü yemək;
* Yaydan sonra hər gün acqarnına, gündə 3 dəfə olmaqla, bir çay qaşığı bitki yağı içmək;
* Həssas və allergik dəriyə sahib insanlar musiqi dinləməli, sayrışan işıqlara baxmalı, dənizkənarında, təmiz havada gəzməlidirlər.
* Satışdakı süd məhsulları təbii olmadığı üçün orqanizmə toksinlər yığır və bu da dəriyə ziyan vurur.
* Ot və yağları qarışdırıb, buxar vasitəsilə dərini təmizləmək artıq geridə qalıb. Bu vasitələrdən evdə bir neçə günlük effekt almaq üçün istifadə etmək olar. Çünki dəri ekologiyanın təsirindən tez korlanır.
* 22 yaşından sonra hər qadın heç olmasa ayda bir dəfə kosmetoloqa müraciət etməlidir. Çünki artıq orqanizmdə bioloji qocalma prosesi başlayır. Bu problemi yaradan başlıca səbəblər cod su və günəş işığıdır.
* Hər gün üzə nəmləndirici krem çəkmək lazımdır. Bu, dəridə kollogeni tənzimləyib, qırışları azaldacaq.
* Çoxlu yaşıl bitkilər yemək lazımdır. Yaşıl bitki antioksidant olub, beta-karotin yaradaraq, dərini cavan və təravətli saxlayır.
* Üzü mütəmadi olaraq, masaj etdirmək lazımdır.
* Əgər dəri sudan quruyursa, üzü qazsız mineral su ilə yumaq lazımdır.


Tarix: 28.06.2013 / 18:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri