beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəbli narıncı makiyaj

Narıncı makiyaj 2010 yaz-yay mövsümünün hitidir. Əgər bu rəngdən həmiŞə yan gəzmisinizsə, indi mütləq diqqət yetirməlisiniz…
Narıncı dodaq boyası hazırkı moda nümayiŞlərində tez-tez rast gəlmək olar. Əlvan çalarda dodaq boyası yay makiyajını əla tamamlayacaq. İstirahətə yollanmazdan əvvəl özünüzlə mütləq narıncı dodaq boyası götürün. Belə ki, bu rəng diqqət cəlb edəcək, sizə xoŞ əhval-ruhiyyə verəcək və ən əsası sizi dəbli göstərəcək.

Bu yay "smoky eyes" (tüstülü gözlər) göz makiyajına alternativ olaraq narıncı göz kölgələri dəbdədir. Gözləri vurğulamaq üçün narıncı kölgə, qara tuŞ və layner kifayətdir. Və ya narıncı laynerlə qara tuŞdan istifadə edə bilərsiniz. Əgər daha sadə makiyaj istəyirsinizsə, Şaftalı rəngində olan kölgə vurun.

Əgər narıncı makiyaj üçün göz kölgəsi və ənlik əlvan rəngdədirsə, pomada və dodaq parıltısı mütləq neytral çalarda olmalıdır. Yay makiyajı üçün narıncı dodaq parıltısı belə kifayət edər.

Dəniz mövsümü üçün əla dırnaq boyası çaları, əlbəttə ki, narıncıdır. Bu rəngin həm əlvan, həm də solğun çalarlarından cəsarətlə istifadə edə bilərsiniz.

Portağal ağacının çiçəklərindən hazırlanan kremlər makiyajın altından çəkilən əla kremlərdir. Belə krem dərini təbii vasitələrin köməyilə cavan saxlamağa kömək edir. Narıncı krem dərini effektiv qidalandırır və nəmləndirir, qoruyur və yumŞaldır.

DuŞ üçün portağal geli bütün dəri növləri üçün nəzərdə tutulub. Portağal ətirli geldən hər gün istifadə etmək olar. Gel dərini qurutmadan təmizləyir. Geldən bir az nəm dəriyə sürtərək masaj edin, sonra yaxalayın. Dəriniz incə portağal ətri verəcək.


Tarix: 23.06.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri