beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaqlar üçün XÜSUSİ maskalar

Bədənin digər üzvləri kimi dodaqlar da hava təsirinə (günəş, şaxta, külək, toz) məruz qalır. Ona görə dodaqlara qulluq lazımdır. Dodaq dərisinə sistematik qulluq onun təravət formasını uzun müddət qoruyur.

Dodaq Masajı:

Bir çox xanımlar elə bilir ki, masaj yalnız bədən və sifət üçündür. Lakin bu, qətiyyən doğru deyil.
Hətta dodaqların masaja daha çox ehtiyacı olduğunu desək, yanılmarıq.
Belə ki, kosmetoloqların söylədiklərinə görə , masaj qan dövranını asanlaşdırır və ölmüş hissəcikləri yox edir. Bunun üçün barmağınıza bir damcı zeytun, ya da kərə yağı vurursunuz və tələsmədən aşağı-yuxarı hərəkət edərək masaj edirsiniz.
Çalışın ki, yağ dodağa hopsun. Masajı adi yumşaq diş fırçası ilə edə bilərsiniz,
hətta bu daha xeyirlidir.

Hamar və gözəl dodaqlara sahib olmaq hər bir xanımın arzusudur.
Artıq bu arzunun həyata keçməsi üçün bahalı
spa-salonlara getmək lazım deyil.
Sakit ev şəraitində , həm də təbii komponentlərdən hazırlanmış


Dodaq boyası:

Dodaq nə qədər sağlam və hamar olsa da XXI əsrin qadınları onu boyasız təsəvvür edə bilmirlər. Bəs boya alarkən nəyə diqqət yetirmək lazımdır ki, dodaq həm gözəl görünsün, həm də zədələnməsin?
İlk öncə boyanın tərkibinə nəzər salın, içində mütləq “A” və “B” vitaminləri olmalıdır, əks halda dəriniz codlaşacaq. Keyfiyyətli boya dodaqdan kənara yayılmır, ucunda ağ ləkələr qoymur, 1 saat ərsində solmur və dəridə çatlar əmələ gətirmir. Kataloqdan rəng seçərkən əvvəlcə testerdən istifadə edin, çünki adətən şəkildə çalarlar dəyişir. Keyfiyyətli boyanın istifadə müddəti 1 ildən çox olur.
Adətən xanımlar düşünürlər ki, dodaq boyasından istifadə etməyi yaxşı bacarırlar, amma yaxşı hələ düzgün demək deyil. Odur ki, diqqətli olun.
Əgər siz parıltılı dodaq boyasına üstünlük verənsinizsə, o zaman əvvəl dodaqlarınızın kənarlarına qələm çəkin, yoxsa boya yayıla bilər.
Dodaq boyasının uzun müddət qalmasını istəyirsinizsə, əvvəl boyanı çəkin sonra bir hissəsini quru salfetlə silib üstündən kirşan və ya bir az tonal krem vurub yenə də eyni boyanı çəkin.
Beləliklə dodalqrınız həm cazıbədar, həm də təravətli olacaq.

Pomada haqqında 4 fakt:

1) Pomadanı ilk dəfə Fransa kraliçası Yekaterina Mediçi öz laboratoriyasında istehsal edib.
2) XIX əsrdə bəzi yerlərdə pomadadan yalnız əxlaqsız qadınlar istifadə edib.
3) Fransada pomadanı qadınlarla yanaşı kişilər də çəkib.
4) Kişilər il ərzində 3 kq dan çox pomada yeyirlər.
Necə?
Əlbəttə ki, öpüşərək:)


Tarix: 26.06.2013 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 163 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri