beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Normal deri ucun maskalar

1 xörək qaşığı una 1 yumurta ağının yarısını əlavə edib qarışdırın. Sonra bu qarışığa 1 çay qaşığı bal əlavə edin. Əmələ gəlmiş xəmirəbənzər kütləni 10-15 dəqiqəlik üzünüzə qoyun. Otaq temperaturunda olan suda isladılmış pambıqla təmizləyin.
1 xörək qaşığı kəsmiyi 1 çay qaşığı xama ilə qarışdırın və bir çimdik duz əlavə edin. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra otaq temperaturunda olan qaynanmış su ilə yuyun.
1 yumurtanın sarısına 1 xörək qaşığı qleserin əlavə edib qarışdırın. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra otaq temperaturunda saxlanılan qaynanmış su ilə yuyun.
Almanın qabığını soyub sürtkəcdən keçirin. Üstünə 1 çay qaşığı xama, yaxud 1 çay qaşığı zeytun (günəbaxan, qarğıdalı) yağı, həmçinin 1 çay qaşığı nişasta əlavə edin. Maskanı üzdə 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
1 yumurtanın sarısına 1 xörək qaşığı qleserin əlavə edib qarışdırın. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra otaq temperaturunda saxlanılan qaynanmış su ilə yuyun.
Bir neçə çiyələyi əzin və 1 xörək qaşığı kəsmik (yaxud xama) ilə qarışdırın. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra otaq temperaturunda olan su ilə yuyun. Çiyələk əvəzinə moruq, gavalı, şaftalı, ərik və almadan istifadə etmək olar. Təzə meyvə və tərəvəz üzə istənilən kremdən daha yaxşı təsir edir.
1 xörək qaşığı bala 5-10 damcı limon əlavə edin. Maskanı üzdə 10-15 dəqiqə saxladıqdan sonra sərin su ilə yuyun. Əgər əldə etdiyiniz qarışıq durudursa, bura az miqdarda un, yaxud nişasta əlavə edə bilərsiniz.
1 xörək qaşığı qatığı 1 çay qaşığı un ilə qarışdırın. Əmələ gələn kütləni üzünzə çəkin və 10-15 dəqiqədən sonra ilıq suda isladılmış pambıqla silin.
Şaftalının qabığını soyun və əzin. Üzərinə 1 çay qaşığı nişasta, yaxud un əlavə edib alınan kütləni 20 dəqiqəlik üzünüzə çəkin. İlıq su ilə yuyun.
Xiyarı xırda gözlü sürtkəcdən keçirin və cunanın üzərinə sərərək üzünüzə qoyun. 20 dəqiqədən sonra cunanı götürüb otaq temperaturunda olan su ilə yuyunun. Maskaya bir neçə damcı limon əlavə etmək olar.


Tarix: 22.06.2013 / 18:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 124 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri