beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cazibədar sinəyə necə sahib olmalı?

Gözəl qadın sinəsi bütün vaxtlarda qadınları diqqət mərkəzində saxlayan gözəllik atributu olub. Gözəl sinə mütləq mənada böyük süd vəziləri də demək deyil... Gözəllik təkcə ölçülərdən asılı deyil. Hazırda gözəl sinə o sinəyə deyirlər ki, o bədənin istənilən pozasında öz vəziyyətini saxlayır. Bu da ancaq hündür və elastiki forması olan sinəyə aiddir. Beləliklə, sinənin iddeal keyfiyyəti- onun yaxşı tonusda olmasıdır.

Süd vəzilərinin böyüdülməsi praktiki olaraq operasiyasız mümkün deyil. Amma hər bir qadın sinəsinin tonusunu yaxşılaşdırmaqla onun formasının cazibədarlığına nail ola bilər. Bunun üçün nə lazımdır?

Bunun üçün ilk olaraq büstqalterlər düzgün seçilməlidir. Çox sız lifçiklər qan və limfa damarlarını sıxaraq süd vəzilərində qan dövranını və bununlada onların toxumasının qidalanmasını pozur. Hədindən artıq boş lifçiklər isə süd vəzilərini normal vəziyyətdə saxlamır və onların sallanmasına səbəb olur.

İkinci vacib məqam qadının öz qamətinə nəzarət etməsidir. Düz onurğa sütunu və bir qədər arxaya yönəldilmiş çiyinlər yerişi daha rahat və sinəni daha cazibədar edir. Qamətin düz olmaması, çiyinlərini önə verərək gəzən xanımlarda isə ən gözəl formaya malik olan sinə gözəl görünmür.

Sinəni açıq halda günəş şüasına vermək ("zaqar”) də məsləhət deyil. Günəş şüası süd vəzilərinin dərisinin elastikliyinin itməsinə, onların daha tez qocalmasına və bədxassəli şişlərin yaranma riskinin artmasına səbəb olur.

Arıqlamaq istəyən xanımlar arıqlamanın da normasını bilməli və nəzərə almalıdırlar ki, süd vəziləri daha sürətlə arıqlayır, ölçüləri kiçilir. Arıqlamış bədən lazımı ölçülərə gələnə qədər sinə öz görünüşünü itirir, boş, yumşaq olur.

Doğuşdan sonra və südvermə zamanı süd vəziləri öz elastikliyini itirir və düzgün qulluq edilmədikdə sinə üzərində zərid şramlar yarana bilər. Bütün bunların olmaması üçün hamiləliyin yarısından başlayaraq, süd vəzilərinə diqqətli qulluq olmalı, lifçiyin ölçüləri süd vəzilərinin böyüməsinə uyğun dəyişdirilməli, südvermə dövründə südün hədindən artıq vəzilərdə qalmasına yol verməmək, lazım olarsa, aparatla süd çəkilməli, südverən qadınlar üçün ola büstqalterlərdən istifadə etməlidir.



Sinənin gözəl və cavan qalması üçün sadə üsullar

Ən effektli üsul soyuq duş qəbuludur, o qan dövranını yaxşılaşdırır və sinənin dərisinin elastikliyini artırır. Hər bir süd vəzisini 1-2 dəqiqə ərzində hər gün duşla dairəvi hərəkətlərlə masaj etmək lazımdır. Bunu soyuq duşla edə bilməyənlər, kiçik buz parçası götürüb süd vəziləri üzərində dairəvi hərəkətlərlə masaj edə bilər.

Sinəni cavan saxlayan digər bir yaxşı üsul çobanyastığı ("romaşka”) dəmləməsi pulverizatora (suçiləyən) töküb süd vəzilərinə çiləyib, sonra dəsmalla silməkdir.

Süd vəzilərinin dərisi quruluğa tab gətirmir, bu zaman elastikliyini tez itirir. Ona görə də, nəmləndirici kremlər, xüsusi kosmetik kremlər bu mənada əvəzedilməzdir. Duş qəbul etdikdən sonra bu kremlər dairəvi hərəkətlərlə süd vəzilərinə vurulmalıdır.

Bu məsləhətlərə əməl etməklə, xanımlar sinələrinin tonusu yüksəldib, onların cavan görünüşü uzun müddət saxlaya bilərlər.


Tarix: 23.06.2013 / 16:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 162 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri