beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payızın dəbli rəngləri

Payız soyuq, yağışlar fəslidir. Bu fəsildə modelyerlər bir növ podiumda rənglərin paradını təşkil edir. Bir tərəfdə soyuq külək, yağış, çən-duman, bir tərəfdə isə qızılı payızın isti rəngləri.

Dəbdə olan rənglərlə sizi də tanış etmək istəyirəm.

Qırmızı - rənglərin şahı hesab olunur. Qırmızı paltar və yaxud qırmızı palto görün soyuq payız havasında sizlərə nə qədər hərarət bəxş edə bilər. Belə qırmızı donlarla ağ-qara geyimlər də çox yaraşır.

Fuksiya. Əsl neon rəngi. Köynəklərin, karandaş-yubkaların, pencəklərin hər zaman yaraşıqlı rəngi.

Zümrüd rəngi. Payızın ən dəbli rəngi sayılır. Tünd yaşıl rəng bu ilin favoritidir. Bu rəng xanımları daha da füsunkar edir. Üst geyimlər üçün bu rəngin əvəzi yoxdur. Çəhrayı, bənövşəyi, tünd qırmızı, qəhvəyi və tünd göy rəngli geyimlərlə yaxşı uyuşur.

Bənövşəyi. Payızın ən sakit və dinclik gətirən rəngi. Soyuq havalar üçün çox yararlıdır. Bu mövsümdə bənövşəyi rəngli köynək və şalvarlar çox dəbdə olacaq.

Xardal rəngi. Bu rəng bir növ fəslin tapıntısıdır. Belə geyimlərdə xanımlar daha romantik görünür. Boz, qəhvəyi və göy rənglərlə harmoniya təşkil edir.

Qadınlar.Biz-li xanımlarımız payızın bu rəng palitrasından hansıları seçəcək görəsən? :)


Tarix: 23.06.2013 / 16:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri