beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürcünə uyğun makiyaj et!

+Həyatımızın hər sahəsində bürclərə nəzər salırıq. İnanmadığımızı söyləsək də, onlardan yan da keçmirik. Sevəndə, işləyəndə, günə başlayanda və digər hallarda biz bürclərin proqnozunu oxuyub, müəyyən nəticə çıxarmağa çalışırıq. Əziz xanımlar, bu dəfə biz Sizə bürcünüzə uyğun makiyaj rəngləri haqqında məlumat verəcəyik. Bürcünüzə uyğun makiyaj edin ki, gözəlliyinizə bir az da gözəllik qatılsın!
Su ünsürlü bürclər
Su ünsürlü bürclər olan xərçəng, əqrəb və balıq hisslərinin, instinktlərinin güclü olmasıyla fərqlənirlər. Onlar evinə bağlı, sadiq və mehriban qadınlardır. Bu qadınlara makiyajda yaşıl rəng ən uyğun rəngdir. Yaşıl rəng bu bürcdən olan xanımların baxışlarına sirli görkəm bəxş edəcək, eyni zamanda cazibədarlıq qazandıracaq.
Od ünsürlü bürclər
Qoç, şir və oxatan od ünsürlü bürclərdir. Onlar qərarlı, inadçı və fərqlənməyi sevən xüsusiyyətlərə malikdirlər. Bu bürclərin xanımları öz makiyajları ilə diqqət çəkməyə çalışırlar. Elə ona görə də, onların ideal rəngi qırmızı və qaradır. Qara rəngli göz makiyajını qırmızı pomada ilə tamamladıqda məqsədlərinə, yəni diqqət mərkəzində olmaq istəklərinə asanlıqla nail ola bilərlər.
Torpaq ünsürlü bürclər
Torpaq ünsürlü bürclər öküz, qız, oğlaq ən sakit və evcanlı bürclərdir. Bu bürcdən olan xanımlar düşüncəli, zərif və sadəliyi sevən olurlar. Elə bu xarakterlərinə uyğun olaraq da onlar sadə makiyaja önəm verirlər. Torpaq ünsürlü bürclərin qadınlarına ən uyğun makiyaj rəngi qəhvəyidir. Göz makiyajında əminliklə istifadə edə biləcəkləri qəhvəyi və şaftalı rəngin müxtəlif tonları onlara ideal gözəllik bəxş edə bilər. Pastel tonlar da bu bürclər üçün uyğundur.
Hava ünsürlü bürclər
Hava ünsürlü əkizlər, tərəzi və dolça müstəqilliyi sevən, azadlığa düşkündürlər, nə istədiklərini bilirlər. Bu səbəbdən də, azadlığın simvolu olan səma rəngləri hava bürcləri üçün makiyajda ideal seçimdir. Mavi, göy və tonlarından, eləcə də çəhrayı rəngdən əkizlər, tərəzi və dolça xanımların makiyajında istifadə edilərsə, onlar gözəl və zövqlü makiyaja sahib olarlar.


Tarix: 22.06.2013 / 12:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri