beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəlliyimizin Qeydinə Qalaq.

Günün hər anını dəyərləndirmək istəyən və gözəlliyindən itirmək istəməyən qadınlar üçün 10 praktik gözəllik sirrini paylaşacam. Gözəlliyinizə gözəllik qatacaq və sizə zaman qazandıracaq təklifləri etibarla təcrübə edə bilərsiniz!
1.Dırnaq boyası çəkərkən hava qabarcıqlarının meydana gəlməsinin qarşısını almaq üçün; istifadədən əvvəl dırnaaq boyasının şüşəsini yaxşıca çalxalayın.
2.Dırnaqlarınızın manikürlü olmasına diqqət edin: tünd rəng dırnaq boyaları əllərinizi daha ağ və cazibədar göstərəcək.
3.Təbii bir görünüş əldə etmək üçün, gözün altına qələm çəkmək yerinə, kirpiklərin dibinə azca, tünd rəng bir far sürmsindən istifadə edin.
4.Üzünüzə krem çəkərkən yüngül və dairəvi hərəkətlər ilə masaj edərək çəksəniz,üzünüzün rahatladığını hiss edəcəksiniz.
5.Ayaqlarınızda epilyasiya etdikdən sonra isti duşdan, günəş çüasından və dezodorantlardan uzaq dayanmalısınız.Bu hallar ayaqlarınız da allergik hallara səbəb ola bilər.
6.Dırnaq boyanızın tez quruması üçün; çəkdikdən sonra soyuq suyun altında barmaqlarınızı bir az saxlaya bilərsiniz.
7.Kirpiklərinizin daha uzun və gur görünməsini istəyirsinizsə kirpik üçün tuş çəkməzdən əvvəl kipriklərinizə bir az pudra çəkib sonra iki qat kirpik çəkə bilərsiniz.
8.Göz ətrafınızda tonal kremdən istifadə etməyin.Yoxsa göz ətrafında qırışlar çoxalar və daha da qabarıq görünər.
9.Makiyaj təmizləyici vasitələriniz bitdisə makiyajınızı zeytun yağı ilə silə bilərsiniz.
10.Tonikiniz bitdisə dərindən dəri təmizliyi üçün alma sirkəsinden istifadə edə bilərsiniz.


Tarix: 17.06.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 104 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri