beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz qələmi ilə nələr edilə bilər?

1- Qaşlarının daha qalın və diqqətə çarpan görünməsini istəyirsənsə, göz qələmini qaş qələmi olaraq istifadə edə bilərsən.
2- Tünd rəng gözüstü rəngin qurtarıb? Qara, boz ya da qəhvərəngi qələmlərin ilə göz qapağını boya və bir pambığın köməyiylə yay.
3- Keçici döymə etmək üçün göz qələmini istifadə edə bilərsən. Tək etməyin lazım olan istədiyin şəkli çəkməkdir! Üstəlik bəyənməzsənsə yuyaraq asanca çıxarda bilərsən.
4- Qeyd etmək üçün qələm tapa bilmədin? Göz qələmin bu iş üçündür!
5- Pişik gözlərə sahib olmaq üçün çəkdiyin qələmi göz bitimindən gicgahlarına doğru uzatmağın kafidir!
6- 60cı illərin modasına qayıtmaq istəsən, qələminlə yanağına bir xal əlavə edə bilərsən!
7- Göz qələmi kişilərə də çox yaraşır! Johnny Depp bunun ən böyük dəlilidir! Sən də yoldaşının gözlərinə sürmə çək:))).
8- Uzun saçların səni bezdirdi və yanında saçlarını yığmaq üçün broş yoxdur… Saçlarını dolayıb toppuz kimi et və qələmini saçlarının ortasına batıraraq broş olaraq istifadə et!
9- Yaponlar kimi dartılmış gözlərə sahib olmaq istəyirsənsə, göz qələmini üst və alt kirpiklərinin ortasından başlayaraq göz bitiminə qədər qələm çək!
10- Şəkil çəkərkən fonu rəngləndirmək üçün göz qələmini istifadə edə bilərsən! Qələmi üfüqi olaraq tutub kağızı boya və sonra da barmağınla yay !
11- Məktəbdəki teatr nümayişlərinə hazırlanmaq üçün göz qələmindən faydalana bilərsən. Pişik bığı etmək üçün əla vasitədir.
12- Əgər ağ bədənlisənsə, qəhvərəngi göz qələmi çəkərək üz xəttlərini yumşalda bilərsən!
13- Gözlərin böyükdürsə, iç qisimlərinə qələm çəkərək onları daha kiçik göstərə bilərsən.
14- Gözlərini daha böyük göstərmək istəyirsənsə, alt və üst ətrafına qələm çəkməyin kafidir!
15- Gözlərin aşağıya doğrudursa, kirpik diblərinə düz şəkildə qələm çəkərək xoş bir görünüş əldə edə bilərsən.
16- Gözlərinin dartılmış görünməsini istəyirsənsə, göz mənbəyindən başlayıb gözün bitmə xəttinə qədər qələm çəkməlisən.
17- Gözlərinin iç və xarici qisiminə qələm çəkmək, baxışlarının daha da mənalı olmasını təmin edər.
18- Göz qələmini çəkdikdən sonra bir qulaq çubuğu ilə xətti yaymağı sınayın. Beləcə dumanlı baxışlara sahib ola bilərsən.
19- Alt göz qapağına ağ qələm çəksən, gözlərinin daha parlaq görünməsini təmin edə bilərsən.
20- Gözlərin bir-birindən uzaqdırsa, göz ortasından göz mənbəyinə qədər alt və üst qisiminə qələm çəkməlisən.
21- Gözlərin bir-birinə yaxındırsa, ortasından göz sonuna qədər alt və üst qisiminə qələm sürtməlisən.
22- Qaşlarını daha uzun göstərmək istəyirsənsə, uyğun rəngli bir göz qələmi ilə qaş xəttini uzada bilərsən.
23- Rəngli gözlüsənsə, rəngli göz qələmləri istifadə etməyi sına. Mavi və yaşıl tonlarındakı qələmlər baxışlarını yumşaldar.
24- Yalnız üst kiprik diblərinə qələm sürtmən, gözlərinin daha qalxmış formada görünməsini təmin edər.
25- Bir rəng bir köynəyin üzərinə istədiyin naxışı çəkib müəyyən bir müddətə yeni bir köynəyə qovuşa bilərsən.


Tarix: 16.06.2013 / 12:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri