beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siz də qüsursuz dodağa sahib olmaq istərdinizmi?

Hamımızın istəyi eynidir hamar bir dodağa sahib olmaq. Bütün il yumşaq dodaqlara sahib olmaq həqiqətən çox çətin və xüsusi ilə soyuq qış günlərində bu həssas dodaqları qorumaq olduqca zəhmət istəyən bir haldır. Lakin dərhal ümidsizliyə qapılmayın və aşağıda sizlərə sıralayacağımız ip uclarını tətbiq etsəniz gözəl görünüşlü cazibədar dodaqlara sahib olmanız heç də o qədər çətin deyil. Təbii ki, bu əməliyyatların müsbət bir şəkildə nəticələnə bilməsi üçün aşağıda yazılanlara əməl etməlisiniz:
Bir miqdar dodaq kremini gözəlcə dodaqlarınıza çəkin. Lakin kremin yumşaq bir krem olmasına diqqət edin, sərt bir krem olmasın vazelin kimi.
Mikrodalğa sobada ya da şüşə bir qabda bir az su qaynadın. Su tam qaynama nöqtəsinə gələnə qədər bu əməliyyat çəksin. Barmaqlarınızı yandırmadan təmiz bir bezi qaynamağa yaxın olan bu suya batırın və bez islanınca yavaşca toxunun çox isti olmadığından əmin olun. İstiliyin uyğunluğuna əmin olduğunuzda dodaqlarınızın üzərinə qoyun bezi. Bir neçə saniyə gözlətdikdən sonra bunu təkrarlayın. Bu dodaqlarınız üzərindəki ölmüş dərinin getməsini təmin edər, krem isə bu ayrılma müddətinin ağrısız bir şəkildə reallaşmasını təmin edər.
Yumşaq bir fırça ilə dodaqlarınızın səth qisimini yavaşca təmizləyin. Yavaş bir şəkildə dodaqlarınız üzərindəki ölmüş dərini fırça ilə tamamilə yox edə bilərsiniz. Lakin qətiliklə zərər vermədən çox basdırmadan bu əməliyyatı reallaşdırın.
Bundan sonrakı vaxtda isə dodaq nəmləndiricisi istifadə edərək cazibədar dodaqlara sahib ola bilərsiniz. Daha da cazibədar olmaq istəyirsinizsə, təmiz görünüşlü dodaqlarınızı gözəl bir dodaq boyası ilə daha cazibədar bir hala gətirə bilərsiniz.


Tarix: 15.06.2013 / 18:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri