beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qısqanclıq bizi öldürəcək :((

Kim idi o qız???
- Hansı qız, həyatım?
- Yanımızdan keçəndə başını ikiqat əyib salam verən.
- Doğrudan? Mən görmədim..
- Baxma, öldürəcəm!
- Eee maraqlandırırsan sən də adamı...
- Maraqlandın deməli... Necədir? Dəyişib heç olmasa?
- Kim?
- Kim olacaq? Köhnə sevgilin!
- Bəsdi də!
- Hə... Bəsdi də! Sözün yoxdur deməyə, hə?
- Bax Allah yaratdı deməyəcəm indi.
- Bir də döy! Afərin... Qıza baxe, salam verməsi bəs elədi bizi ayırmaq üçün.. Bəs unutmuşdun onu?
- Kimi?
- Kimi olacaq? - Köhnə sevgilini!
- Nə əlaqəsi var? Həm də mənim köhnə sevgilim o qızdan daha gözəl idi.
- Eləəəəə??? Rədd ol!
- Səndən də gözəl idi... Ohhhhh!!! Nə oldu, susdun...
- Ühühühühü...
- Zırılda indi!



***

- Diqqət et, gözlərin çəp olacaq yoxsa..
- Niyə? Nə oldu yenə?
- Bilmirəm, sanki gözlərin yana doğru çəkilməyə başladı.
- Sən indi bu xanıma baxdığımı nəzərdə tutursan?
- Bəzən nə qədər anlayışlı olursan...
- Yox, həyatım, təkcə paltarı diqqətimi çəkdi, ona görə şey...
- Mənim də bu başında yolunmamış iki tel saçın çox diqqətimi çəkir!


- Necəsən, canım, bu gün?
- Superəm, həyatım, sən necəsən?
- Hmm.. Necə super? Niyə ki? Nə səbəb var ki?!
- Necə niyə? Müəyyən bir səbəb yoxdur, elə-belə.. Yaxşı hiss edirəm özümü.
- Hmm.. (100% başqa birinə aşiq olub bu) Adı nədir? Mən tanıyıram, heç olmasa?
- ??

***


*Telefon zəng çalır:
- Həyatım?
- Eşqimm, gülümmm....
- Hardasan?
- Dostlarımla oturmuşuq.
- Hansı dostlarınla? Mən burda tək səninçün darıxarkən sən dostlarınla əylən!
Bax, dinləmirsən belə məni! Onsuz da bu gün heç mesaj da yazmamısan mənə.
- (kəsik kəsik, yüngül kəkələyər vəziyyətdə) Aaa sevgilim?
- Sus, sus!
- ...
- Ordakı qızların feysi var? Tez de!


Tarix: 24.05.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri