beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azadlıq birinci qadına lazımdır! (Avropa qızlarının düşüncəsi)

Yalnız qadınlardan...


Xarici ölkələrin birində 70 gun ərzində geoloq kimi ekspedisiyada oldum. Bu xanımlarla da orda tanış olmuşam. Onlarla olan qadın azadlığı söhbətlərimizi sizinlə bölüşmək istəyirəm


Azadlıq: Alman Anne Kwastdan soruşuram, niyə Avropa insanları, xususi ilədə qadınlar uşaq-övlad istəmirlər???, 26 yaşlı alman gözəlinin cavabında səslənən fikiri mən ilk dəfə idi ki, eşidirdim; "çünki, uşaq dünyaya gətirmək çətindir, qadın gözəlliyinə kölgə salır və ən əsası uşaqlı olmaq "insan azadlığı"nı məhdudlaşdırır. Buna mənim heç bir rəyim yoxdur. Bunu buraxıram sizin münasibətinizə ... Yenə də soruşuram doğrudanmı Qadına azadlıq lazımdırmı??? O çox böyük hərarətlə, hətta məni inandırmağa şalışdıki, Azadlıq qadın üçündür. O birinci qadına lazımdır. O dedi "azad qadin azad insan doğa bilər". Mənsə ona izah etdimki, bu Avropa, Qərb düşüncəsidir. O təssüflə başını yellədi. Və dedi mən şərq qadını olmaq istəyirəm, görüm o zaman kim hansı güclə mənim AZADLIQMI əlimdən alar???. Bizim dialoqmuz mənim kəlməmlə bitdi : " biz- Azərbaycan kişiləri Müsəlman- Türk aləmində ilk dəfə qadina azadlıq- seçki hüquqi vermişik".


Məhəbbət: Fransız Mariondan soruşuram, niyə Napaleon Bonapart Fransanın Qəhrəmanıdır? Axı o da, millyonların qanlarının axarında özünə imperator tacı qurub. 31 yaşlı, siqaret-içki içən, amma işində çox məsuliyyətli və uğurlu insan, romantikadan çox uzaq olan fransiz gözəlinin cavabı belə oldu; axı siz bilirsiz, fransız xalqı MƏHƏBBƏTLİ insanlardır. Napaleon Jozafinanın exlaqsızlığını, ona xəyanət etdiyini bilə-bilə Jozafinanı imperatoru səciyyəsində sevdi və həmişə danışılacaq dastan -" Napaleon və Jozafina" məhəbbətini yaratdı. Biz də isə bunu hər hansı bir gəncdən soruşsan? deyər, Napaleon ona görə böyük qəhrəmandırki, O, Avropa dövlətlərini, həmçinin Çar Rusiyası kimi, imperiyanı Britaniya imperiyası ilə bütün əlaqələri VETO qoymuşdu, çunki Britaniya Napaleonun düşməni idi.


Xəyanət: Yahudi Arian xəyanətdən söhbət düşəndə deyirdi "mən ərimi sevmirəm, amma heç vaxt ona xəyanət etmərəm". Yəqinki, boşanana qədər...



Mərhəmət: Azərbaycandan bir şəxsin mənə danışdıqlarından; rayonlarımızın birində kişi ilə arvad boşanmaq qərarına gəlirlər, bəy çox var-dövlətli, imkanlı-vəzifəli şəxs, xanım isə çox gözəl, hündür, arıq və ən əsası isə sarışın, yaşıl göz, qərb və şərqin rənglərini özündə daşayan Gözəl qadındır. Bir qız evladları da var. Qadın kişidən, kişi isə qadından həzz ala bilmir, baxmayaraqki, yuxarıda saydıqlarım parametrlər bu gun hər kəsin arzuladığı şeylərdir. Amma nə demişlər "Xoşbəxtlik var-dövlətdə və gözəllikdə deyil". Boşanmaq qərarında hər ikisi israrlıdırlar. Bunu daha çox qadın istəyir. Görən niyə??? Bəyin bir istəyi var, o bir halda boşanar ki, xanımı bundan sonra heç kimlə sevişməsin-evlənməsin!!! Xanım razılaşır, amma onunda öz şərti var, "gərək bəy var-dövlətinin 2/3 i xanımına miras versin". Nəzakətli bəy bununla razılaşır. Və Xoşbəxtlik üçün tam ixtiyarları olan "cütlük" BƏDBƏXTLİYİ seçirlər.


Xəcalət: İşlədiyim ərazilərin birində , eşidirəm " kənddən bir gənc fermada yaşayan bir qızı götürüb qaçır. Bu hadisədən sonra gənc oğlanın bütün qohumları, dostları, bir sözlə hər kəs ondan uzaqlaşır. Və indi o, doğulduğu kənddən və mühitdən tamamən təcrid olunmuşdur. səbəb ; o qız, əxlaqsızimiş. Qız o qədər azad-sərbəst olub ki, "evlənməmişdən öncə" istədiyi -xoşuna gələn gənclə fermada-qoyun damında həyatın ləzzətini alırmış. Ən sonda bu çılğınlığın qurbanı adını çəkə bilmədiyim bir gənc olur. Öğlan deyirmiş ki, "5 ildən sonra onu boşayacam".


P.S. Kimdir günahkar???


Tarix: 24.05.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 151 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri