beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir qadın…və bir kişi: bir-birlərindən yorulmayan fərqli varlıqlar

Ayrılıqda qadınlar və kişilər bir-birlərindən üstün cəhətlərinin olduğunu düşünürlər. Əslində isə qadın və kişi bərabərhüquqlu varlıqlardır, lakin onlar arasında cismi, psixoloji və bir-birlərinə olan münasibətlər baxımından inkarı mümkün olmayan ciddi fərqlər vardır. Kişinin dünyası ilə qadının dünyası bir-birindən tamamən fərqlənir. Əgər qadın kişi kimi fikirləşə, yaxud əməl edə bilmirsə, bu, ona görədir ki, onların dünyaları bir-birindən fərqlənir. Onlar bir-birlərini başa düşüb, bir-birlərini kamilləşdirə bilərlər, lakin bir-birlərinin eyni ola bilməzlər. Çünki kişi və qadın bir yerdə yaşaya və bir-birlərinə aşiq ola bilərlər və bir-birlərinin xasiyyət və əxlaqından yorulmurlar. Bu yorulmazlığa səbəb olan fərqliliklərə nəzər salaq...
"Əzizim! Mən səni sevirəm" - "Mən səninlə fəxr edirəm"
Amerikalı professor Rik kişi və qadının ruhiyyəsi arasında müqayisə aparmış və fərqlilikləri ortaya çıxarmışdır. O belə yazır:
- Kişi üçün daim sevdiyi qadının yanında gün keçirmək yorucudur. Lakin qadın üçün əlaqədə olduğu kişinin yanında gün keçirməkdən böyük heç bir ləzzət ola bilməz.
- Kişinin qəlbi hər gün həmişə olduğu halətdə qalmaq istəyir. Lakin bir qadın həmişə təzə bir varlıq olmaq və hər gün tezdən yataqdan daha təzə qiyafə ilə qalxmaq istəyir.
- Bir kişinin bir qadına deyəcəyi ən yaxşı cümlə, "Əzizim! Mən səni sevirəm"
cümləsidir. Lakin bir qadının əlaqədə olduğu kişiyə deyəcəyi ən gözəl cümlə isə: "Mən səninlə fəxr edirəm" cümləsidir.
Kişiləri ucaldan, qadınları alçaldan şey...
- Əgər bir kişi öz həyatı boyu bir neçə məşuqə ilə gün keçirmişdirsə, başqa qadınlara görə o, diqqəti cəlb edən bir kişidir. Kişilərsə, öz həyatı boyu bir kişidən artığı ilə münasibətdə olmuş qadını xoşlamırlar.
- Kişilər qocaldıqda özlərini bədbəxt hiss etməyə başlayırlar. Çünki öz söykənəcəkləri yeri, yəni işlərini əldən vermiş olurlar. Yaşlı qadınlar isə razılıq hissi ilə yaşayırlar. Çünki öz baxışlarına görə ən yaxşı şeylərə malikdirlər: bir ev və bir neçə nəvə.
Qadın və kişi üçün xoşbəxtlik...
- Kişilərə görə, xoşbəxtlik - məqam və cəmiyyət arasında hörmətəlayiq şəxsiyyət əldə etməkdən ibarətdir. Qadına görə isə, xoşbəxtlik - bir kişinin qəlbini ələ almaq və bütün ömrü boyu onu qoruyub saxlamaqdan ibarətdir.
- Bir kişi istədiyi qadını öz dini və milliyyətinə daxil etmək istəyir. Lakin qadın üçün izdivacdan sonra öz soyadını, dini və milliyyətini sevdiyi kişi xatirinə dəyişmək asandır.
Kişi ilə qadın arasında cismi fərqliliklər nədən ibarətdir?
1. Kişi iribədənlidir. Qadın isə bədəncə ondan kiçikdir.
2. Kişinin boyu ucadır, qadın isə kişiyə nisbətən kiçikboyludur.
3. Kişi sərt, qadın isə zərifdir.
4. Kişinin səsi qalın, qadının səsi isə nazikdir.
5. Qadının bədəninin inkişafı sürətlə gedir, kişidə isə bu proses yavaş gedir. Hətta deyilənlərə görə, ana bətnində də qız uşağı oğlan uşağından daha sürətli inkişaf edir.
6. Kişidəki əzələ inkişafı və bədən qüvvəsi qadından daha çoxdur, lakin bir çox xəstəliklər müqabilində qadının müqaviməti və gücü kişinin müqavimətindən çoxdur.
7. Qadın yetkinlik həddinə kişidən daha tez çatır və övlad sahibi olma gücünü isə kişidən daha tez itirir.
8. Qız uşağı oğlan uşağından daha tez dil açır.
9. Kişinin ortaölçülü beyni, qadının ortaölçülü beynindən daha böyükdür, lakin beynin bütün bədənə olan nisbəti baxımından qadının beyni kişinin beynindən daha böyükdür.
10. Tənəffüs vaxtı kişinin ağ ciyəri qadının ağ ciyərindən daha çox hava udma qabiliyyətinə malikdir.
11. Qadının qəlbinin döyüntüsü kişinin qəlbinin döyüntüsündən daha sürətlidir.
12. Kişinin təzyiqi qadının təzyiqindən yüksəkdir.
13. Qadının sümüklərinin çəkisi kişiyə nisbətən azdır.
14. Kişinin ayağının alt pəncəsi enli, qadınlarda isə ensiz və yığcam olur.
15. Kişinin başının qafası, qadının başının qafasından böyükdür.
16. Qadının ürəyi, kişinin ürəyindən balaca olur.
Məhz buna görə, qadınların intiharı kişilərdən daha azdır...
İndi isə kişi ilə qadın arasında mövcud olan ruhi-psixoloji fərqləri nəzərdən keçirək:
1. Kişinin idmana, ova və çoxhərəkətli işlərə olan meyli qadının meylindən çoxdur.
2. Kişiyə mübarizanə hisslər hakimdir və müharibəyə meyllidir. Qadın isə sülhsevərdir və ziyafət məclislərinə daha çox meyllidir.
3. Kişi daha çox təcavüzkar və daha çox hay-küylüdür. Qadın isə daha çox aram və daha çox sakitdir.
4. Qadın özü və başqaları haqqında qabalıq etməkdən çəkinir. Buna görə də, qadınların intiharı kişilərdən daha azdır. Kişilər intiharın keyfiyyətində də qadınlardan daha sərtdirlər. Kişilər arasında tüfənglə vurmaq, asmaq, özünü hündür binaların üstündən atmaq kimi işlərə daha çox rast gəlinir. Qadınlar isə yuxugətirici yastı həb (asan udula bilmək üçün kiçik və yuvarlaq bir şəkildə hazırlanmış dərman), tiryək və bunlar kimi şeylərdən daha çox istifadə edirlər.
Kişilərin sirrin gizlədilməsindən doğan xəstəlikləri...
5. Qadının hissləri kişidən daha coşğundur. Qadın kişidən daha çox həyəcanlıdır. Yəni qadın onunla əlaqəli olan, yaxud onu qorxudan işlərdə öz hisslərinin təsiri altına daha tez düşür. Kişi isə soyuq təbiətlidir.
6. Qadın kişinin əksinə olaraq, təbiətən zinətə, bəzəyə, özünü göstərməyə və müxtəlif şəkillərdə mədh olunmağa daha çox meyllidir.
7. Qadının hissləri kişinin hisslərindən dözümsüzdür, qadın kişidən daha çox ehtiyatlı, daha çox dindar, daha çox danışan, daha çox qorxaq və daha çox rəsmidir. Qadında analıq hissi vardır. Bu hiss onda uşaqlıq çağlarından görünməkdədir. Qadının ailəyə olan əlaqəsi və ailə ocağının əhəmiyyətinə diqqət etməsi kişidən daha çoxdur.
8. Qadın elmi və əqli məsələlərdə kişiyə çata bilməz, lakin zövq və hissə bağlı olan ədəbiyyat, nəqqaşlıq və sair məsələlərdə heç də kişidən geri qalmır.
9. Kişinin sirr saxlama gücü qadının gücündən çoxdur və kişi narahatedici sirləri öz daxilində qoruyub saxlaya bilir. Elə buna görədir ki, kişilərin, sirrin gizlədilməsindən qaynaqlanan xəstəliklərə mübtəla olması qadınlara nisbətən daha çoxdur. Qadın kişidən daha yumşaq qəlblidir, dərhal ağlayar, bəzən isə ürəyi gedər.
Kişi qadının bədəninə, qadın isə kişinin qəlbinə sahib çıxmaq istər...
Kişi və qadının bir-birlərinə olan münasibətlərindəki fərqli cəhətlər isə bunlardır:
1. Kişi öz şəhvətinin quludur, qadın isə kişinin məhəbbətinə aşiqdir.
2. Kişi onu bəyənən və onu seçən qadını istəyir, qadın isə onun dəyərini dərk edən və öz dostluğunu əvvəlcədən bildirən kişini istəyir.
3. Kişi qadının şəxsinə, yəni bədəninə sahib çıxmaq və onu ixtiyarına gətirmək istəyir, qadın isə kişinin qəlbini ələ keçirmək və onun qəlbinin yolu ilə ona hakim olmaq istəyir.
4. Kişi qadının başı üstündən ona hakim olmaq istəyir, qadın isə kişinin qəlbinin daxilindən ona nüfuz etmək istəyir.
5. Kişi qadını almaq istəyir, qadın isə istəyir ki, onu alsınlar.
6. Qadın kişidən şücaət və igidlik istəyir, kişi isə qadından gözəllik və eşq istəyir.
7. Qadın kişinin onu himayə və müdafiə etməsini özü üçün ən qiymətli şey hesab edir.
8. Qadın öz şəhvətinə hakim ola bilməkdə kişidən çox güclüdür.


Tarix: 19.05.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri