beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yazığım gəlir o qadınlara ki...

Yazığım gəlir bəşəriyyətdə olan qadınlara - özlərini aciz göstərdikləri üçün!

Yazığım gəlir o qadınlara ki, insan kimi sayılmırlar. Sözlərini, fikirlərini çatdıra bilmirlər.

Yazığım gəlir o qadınlara ki, nə sevə bilmirlər, nə də ki, sevilirlər.

Yazığım gəlir o qadınlara ki, sevgiləri qarşılıqsızdır.

Yazığım gəlir o qadınlara ki, min bir yolla kişilərin diqqətini çəkmək istəyirlər.

Yazığım gəlir o qadınlara ki, şəhvət hissi yaşayırlar, amma son məqamda daxildə deyil, üzdə hiss edirlər.

Yazığım gəlir o qadınlara ki, qardaşları ilə yatırlar.

Yazığım gəlir o qadınlara ki, aldadıqlarını bildikləri halda yenə də sevirlər.

Yazığım gəlir o qadınlara ki, mala-dövlətə özlərini satırlar.

Yazığım gəlir o qadınlara ki, ailə səadəti nədir bilmirlər.

Yazığım gəlir o qadınlara ki, özlərini kimə və nəyəsə görə qurban verirlər.

Yazığım gəlir o qadınlara ki, kişilərini aldadırlar.

Yazığım gəlir o qadınlara ki, 9 ay bətnində gəzdirdiyi körpə boya-başa çatandan sonra “üzdən iraq” olur.

Yazığım gəlir o qadınlara ki, “güclülərin” həyatında sonuncu deyil, axarıncı olmağa çalışırlar.

Yazığım gəlir o qadınlara ki, ərləri tərəfindən döyülürlər.

Yazığım gəlir o qadınlara ki, daim şübhə, qorxu içində yaşayırlar.

Yazığım gəlir o qadınlara ki, “xoş gün nədir”,- onu bilmirlər.

Yazığım gəlir o qadınlara ki, “nə üçün yaradıldığını”- bilmirlər.

Yazığım gəlir o qadınlara ki, keçmişini danırlar.

Yazığım gəlir o qadınlara ki, “yarımçıqdırlar”.


Tarix: 19.05.2013 / 14:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 67 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri