beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgilinizə mesajı necə yazmalı ki, onu diqqətə alsın...

ABŞ-da Kaliforniya Universitesinin psixoloqu Adrian Aguilera 140 hərfdən ibarət qısa mesajların ağır depressiya halında olanlar üçün rahatlaşdırıcı təsiri olduğunu açıqlayıb.Maddi imkanı zəif olan bir çox xəstəni müalicə edən Aguilera, qısa mesajın xəstələrin daima sevdikləri və onları sevənlərlə əlaqə saxladıqlarını düşünərək özlərini yaxşı hiss etmələrinə yol açdığını bildirib. Öz xəstələriylə də mesajlaşan Aguilera beləcə ən ağır depressiya və ağıl xəstəliklərindən əziyyət çəkən kəslərin belə özlərini xoşbəxt hiss etdiklərini ifadə edib.




Amma mesaj yazarkən hələ xüsusilə də sevdiyiniz adama yazarkən bəzi hallara diqqət etməlisiniz.

Kişilərin və qadınların fərqli düşüncə tərzləri,həyatdan gözlədikləri və romantizm anlayışları cib telefonu mesajlarına da əks olunur.
Kişilərin və qadınların fərqli düşüncə tərzləri,həyatdan gözlədikləri və romantizm anlayışları cib telefonu mesajlarına da əks olunur.

Ona uzun bir mesaj yazmısınız və o sizə qısacıq hətta tək sözlü bir cavab verir. Daha sonra əsl bomba gələr:"Sənə uzun bir mesaj yazdım və cavabın budur?" Bax buna o dəli olar.

Romantizm niyyətiylə köhnə mesajlarınıza nəzər salarsınız və diqqətinizi bir şey çəkər. Sonra bunu ona yazarsınız və nəticə partlayış olar:"Köhnə mesajlara baxıram, mən sənə daha çox mesaj göndərmişəm." Bir kişi üçün bu heç bir şeyin dəlili deyil diqqət edin!

Zəng etdikdə telefonu məşğulsa səhv başa düşməsinə icazə verməmək üçün kiçik bir xatırlatma etmək istəyərsiniz "Sənə zəng etdim amma telefonun məşğul idi."-deyə mesaj yazarsınız amma...Bəli,telefonunun məşğul olduğunu o da bilir! İmkanı olunca da sizi axtaracaq. Bu mesaj onlar üçün gərəksiz və əsəb pozucudur.

Onu düşünərkən bir anda duygulana bilərsiniz birdən ağılınıza keçmiş bir problem gələ bilər,bunu onunla paylaşmaq istəyirsiniz,elə deyilmi? "Həmişə mən sənə romantik gecə mesajları göndərirəm bəs sən niyə yazmırsan? İçindən gəlmir?"-O bu cür mesajı gördükdən sonra içindən telefonu atmaq gəlir əmin ola bilərsiniz!

Mesaj yazmaq telefonla danışmaqdan daha asan bəzən də daha ekonomik gələ bilər. Amma planlarınızı izah etdiyiniz uzun mesajlara eyni şəkildə qarşılıq almaq məcburiyyətində deyilsiniz.-"Mən səhər universitetə gəldim. Dərs boş oldu,tələbə yoldaşlarımla birgə çay içdik. Birazdan alış-verişə çıxacağıq. Sonuncu dərsə də girmək istəmirəm.Bəs sən nələr edirsən?"-"Yaxşıyam həyatım işdəyəm."-"Elə bu?" -"..."O mesajı əsla göndərməyin!

Həyəcanla ona yazdıqlarınızda neçə cür ifadə (smayl) istifadə edirsiniz? Təbəssümlər, gözyaşları, təəccüblü ifadə... Onun bunlardan xoşu gəlməyə də bilər."Göndərdiyin mesajda heç ifadə (smayl) istifadə etməmişdin. Nəsə olub? Mənə əsəbləşmisən? Yoxsa narahatsan?"Bu mesajdan sonra bəli, narahat olacaq!

Mən də mesaj qəbul etməyi sevirəm. Bəs necə,mesaj qəbul etməyi sevirsiniz? Və sevdiklərinizə mesaj yazırsınızmı?


Tarix: 17.05.2013 / 18:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri