beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axı bizdən nə istəyirsiniz???

Xanımlar, başdıyaq özümüzdən..

Sözsüz ki, hərşey başlayır tanışlıqdan, sonra ümümi maraqlandıran məqamlardan, daha sonra nə işlə məşğul olduğumuzdan və sonda bir-birimizə bağlandığımızı başa düşürük..Və bundan sonra başlayır elə yuxarıda qeyd etdiyim xoşagəlməz hallar..Gəlin bir nəzər yetirək..

- Nömrəni deyişirik, sənə təzə nömrə alırıq və təzə nömrəni bir mən bilməliyəm birdə ailən.
- Hansı saytlarda varsan? parolunu ver baxım.
- Girib baxdım olduğun yerlərə, Arzu kimdi, aytən kimdi? nə yazdılar? niyə yazdılar? filan söz nə dem ək idi?
- Facebooku nevaxt bağlayacaqsan? bağla, istəmirəm orda olmağını.
- Bağla da? az sonra yenə: -bağla da? sora artıq -Bağla dedim, bağla!
- Ayağına hündürdaban ayaqqabı geyinmə alçaqdaban gey, əsəbləşirəm dabanının səsinə. Arxada qalırsan həm də.
- Kosmetikadan az istifadə elə heç yaraşmır sənə (sadəcə xoşlarına gəlmir)
- Elə şalvar geyinmə, cəlbedici görünür. Ləğv elə o koftanı xoşuma gəlmir çox açıqdı.
- İşləməyə pis baxmıram, nə var ki bunda evlənərik işə düzəldərəm.
evləndikdən sonra: - Neyniyirsən işləyib, işləyirəm dəə mən.
Əgər desək ki pula görə, deyəcək: - sənə nə lazımdır, denən alım heçnəyə də ehtiyac duyma.
Əgər desək ki, baş qatmaq üçün, evdə darıxıram, deyəcək: - kimə görünməyin vacibdir ki işləmək istəyirsən?

Hələ qarşıda bir çətinlik daha var, rəfiqəmə nə deyəcəm də ayrılacam? İndi təzə nömrəmi soruşacaq. Mən necə deyim axı ki sevdiyim icazə vermir?! Onu çox sevirəm, heçkimə görə ata bilmərəm, incisəm də sözünün üstünə söz gətirmərəm..Bəs rəfiqə ? rəfiqəm də ki nəvaxtdan tanışıq, o axı həmişə dost olub mənə...
Düzdür, sevgilinin bu şərtlərinə dözürük, hər şeyi edirik. Ama bir xanım kimi də tək istəyimiz var, biz xanımlar fərqli olsaq da, hamımızın sizdən bir istəyi var.
Heç olmasa qədrimizi bilin və bizi heçkəsə dəyişməyin, axı biz zərif məxluqlarıq.

İndi isə bəylər
Məgər çətini ürəyimizi qazanıncadır? Çətini qız tərəfindən "həri" alıncadır ?
Bundan sonra siz içindəkilərinizi bildirirdiz ?
Bilirik ki sevirsiniz, bizdə sevirik-bilirsiniz. Qısqanclığınızı da anlayırıq.

"Hz. Əli buyurub: Qısqanmayan kişidən xeyr gəlməz."
Ama ki qısqanclığınızı bu həddə çatdırmaq niyə? Biz axı dəyişmərik sizi, güvənirik, inanırıq.
Sizdə qəfil arxa-arxaya tələblər edirsiniz. Heç olmasa bir müddətdən bir edin ki beynimizə ağırlıq düşməsin


Tarix: 12.05.2013 / 17:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 232 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri