beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makiyajlı qadınlar diqqət!

Bir deodorant firmasının apardığı araşdırmaya əsasən, qadınlar gün ərzində 515 kimyəvi maddənin təsirinə məruz qalırlar.

Kosmetik vasitəli mövzular bir çox qadının diqqətini cəlb edir. Amma yeni aparılan araşdırma bu vasitələrin tərkibindəki kimyəvi maddələrin insan sağlamlığını təhlükə altında qoyduğunu və bir çox fəsadlara yol açdığını bildirib.

Deodorant firması Bionsenin apardığı araşdırma nəticəsində, təqribən bir qadının orqanizminin gündəlik makiyaj və kosmetik vasitələrlə 515 müxtəlif sintetik kimyəvi maddənin təsirinə məruz qaldığını müəyyən edilib.

Bu allergiya, hormon pozulması, həssaslıq və hətta xərçəng kimi bir çox böyük problemə yol açan kimyəvi maddələrin bəziləri, ev təmizləmək üçün istifadə olunan vasitələrin tərkibində də istifadə olunur.

Məsələn kosmetika dünyasında saç geli, şampun və bədən losyonu kimi bir çox məhsulda istifadə edilən paraben maddəsinin son vaxtlar süd vəzisi xərçənginə səbəb olduğuna dair iddialar da ağıllarda böyük suallar yaradır.

Gözəllik həqiqətən də qurban tələb edir.. ?


Tarix: 11.05.2013 / 13:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri