beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Qadın.

Qadın olmağı analarımızdan öyrəndik biz. Hörgü hörməyi, yemək etməyi, oturmağı qalxmağı, geyinməyi, şükr etməyi və daha nə qədərlərini.

Analarımız bir sənətçi idi, bizlər isə sənət əsərləri.

Yaşadığımız bütün mənfiliklərə baxmayaraq, bu mənfiliklərin təsiri ilə özümüzü bir qadın kişi yarışına soxmadıq. Çünki analarımız da belə edərdi. Qadının yeri fərqli idi, kişinin yeri fərqli.

Sənətdən anlamayan kəslərlə qarşılaşmamız isə nə bizim günahımız idi, nə də analarımızın.

Onlar;

Qələmimizi qırdılar.

Sözlərimizi istehlak etdilər.

Düşüncələrimizi xərclədilər.

Bizdən samit bir düşünər etdilər.

Onlar;

Baxıb da görə bilməyənlər oldular. Bizlər baxılıb da sevilə bilməyənlər.

Çox vaxt isə baxılaraq sevilən, ancaq anlamağa gərək görülməyən yaradanın nadir əsərləri olaraq qaldıq sənətdən anlamayan insanların həyatlarında. Həyatlarında qaldıq, çünki biz həmişə sevilməyi sevdik.

"Sevilən qadın, bütün qadınların ən gözəli deyilmi?"


Tarix: 11.05.2013 / 12:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri