beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişini Özünə Aşiq Edəcək Qadının 10 Xüsusiyyəti.

Kişini özünə aşiq edəcək qadının 10 xüsusiyyəti.
1. Zəka: Görünüşdən sonra gələn ən əhəmiyyətli ünsürdür bu.
Kişilər ağıllı, düşüncələrini müdafiə edə bilər və dəqiq olaraq ifadə edə bilən qadınları sevər. Çoxu öz kimi düşünən qadınlarla danışmağı sevər. Kişilər müzakirəni sevər və əgər onlara düşüncələrinizi qəbul etdirə bilsəniz ya da heç olmasa hörmət etmələrini təmin edə bilsəniz, ürəyinin dərinliklərinə gedən yol da açılar.
2. Gülər üz: Bir kişinin zarafatlarına gülsəniz sizi daha yaxından tanımaq istəyəcək. Ətrafınızla və özünüzlə dalğa keçə bildiyinizi və onunla birlikdə gülə bildiyinizi anladığında sizinlə daha çox vaxt keçirmək istəyəcək. Özünüzə gülə bilməniz və özünüzlə lağ edə bilməniz (həddindən artığa qaçmadan) özünə inamınızın da işarəsidir və sizi daha da cazibədar edər.
3. Özünə güvən: Öz düşüncələriniz olduğunda və bunları müdafiə edə bildiyinizdə, əvvəlki maddədə deyildiyi üzrə özünüz daxil hər şeylə lağ edə bildiyiniz gücə sahib olduğunuzda sizə heyranlıq duyacaq!
4. Dəstəkləyici olmaq: Kişilər özlərini dəstəkləyən, müsbət istiqamətdə təşviq edən qadınlara ehtiyac duyar. Hədəflərinə çata biləcək qabiliyyətə sahib olduqlarını xatırladan, güc verici bir səsə ehtiyacları vardır. İşlər yolunda getdiyində bunu həyatlarına sehrli bir toxunuş olaraq qəbul edib minnətdar belə ola bilərlər. Onun xəyallarını dəstəklədiyinizi, hədəflərinə doğru gedərkən ayağına dolanmayacağınızı bilməsini təmin edin.
5. Xoşgörüşlü olmaq: Kişilərin mükəmməl olmadıqlarını anlayıb onları mükəmməl olmayışlarından ötəri asanca bağışlaya bildiyinizdə könülündəki taxtın da sahibi ola bilərsiniz. Ən kiçik şeylərə taxıb, səs-küyü şişirtsəniz yanınızda çox uzun müddət qalmayacaq. Dost həqiqəti söyləyər!
6. Səbirli olmaq: Bu əslində bir əvvəlki maddəylə haradasa eyni. Yeni tanış oldunuzsa ciddi bir əlaqəyə keçiş üçün səbirsiz davranmayın. Onsuz da birlikdəsinizsə səhvlərinə qarşı səbirli olun. Kimsə mükəmməl deyil. Anlayış göstərin. Ən kiçik səhvdə köpürməyin. Tərs danışmayın. Düşünmədən deyilən sözlər həm sizi həm onu yaralar. Səbrin sonu salamatlıq, unutmayın.
7. Şəhvət: Şəhvətli olmayan qadın kişiyə cazibədar gəlməz. Bədəninizlə barışın. Seksdə ilk addımı qarşı tərəfdən gözləməyin. Sürprizlər edin, sürprizlərə açıq olun. Birdən qolundan tutub yatağa sürüyün. Yataqda özünüzə güvənin. İzah edin, dinləyin. Yataq otağını daha cəlbedici etmək üçün ipuclarından faydalanın. İnternetdə bunlardan bolca tapa bilərsiniz. Ən əhəmiyyətlisi arzuladığınızı hiss etdirin.
8. Dürüstlük: Kişilər etibarlı və dürüst qadınları cazibədar tapar. Söylədiyinizlə etdiyiniz bir-birini tutsun. Dürüstlük sizə hörmət etməsini təmin edər. Hər vaxt doğrunu söyləyin. Yalanlarla vaxtını xərcləməyəcək bir qadın olduğunuzu hiss etdirin. Sizə hörmət etdikcə heyranlığı artacaq...
9. Açıq fikirli olun: Yeni fikirlərə, ehtimallara açıq olduğunuzu müəyyən edin. Dar fikirli olmadığınızı hiss etdirin. Həyata geniş bir perspektivdən, azadca baxdığınızı bilmək onda bəlkə sizi itirə bilmə qorxusuyla sizə yaxın olma duyğusunu artıracaq.
10. Baxımlı olmaq: Sağlamlığına və fiziki vəziyyətinə diqqət göstərən qadınlar ümumiyyətlə kişilər tərəfindən göstərməyənlərə görə daha cazibədar olar. Kişilər idman edən, nizamlı bəslənən, saçına, dırnaqlarına baxan, gözəl geyinən qadınlardan hər vaxt xoşlanar.


Tarix: 10.05.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri