beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnam məsələsi

İngiltərədə hakimlərin maaşları yoxdur. Ancaq əvəzində çek kitabçaları var. Üstəlik, bu kitabçalarda hər hansıbir limit də yoxdur. Buna səbəb isə ingilis hükumətinin öz hakiminə inanmasıdır...

Bir gün bir hakim bir banka gedir və 1 000 000 funt-sterlinqə ehtiyacı olduğunu deyir. Təbii ki, əvvəlcə bank rəhbərliyi nə edəcəyini bilmir. Ancaq sonra «yuxarılardan» razılıq almamış bu qədər pulu verə bilməyəcəklərini deyir və dərhal Ədliyyə Nazirliyinə (həmçinin lazım olan başqa nazirliklərə) zəng edir. Ancaq hər yerdən gələn cavab eynidir: "Ödəyin!"

Ancaq bir məsələ də var ki, bankda bu qədər nağd pul yoxdur və istəsələr də, istəməsələr də, hakim istədiyi pulu almaq üçün ertəsi gün gəlməlidir. Ertəsi gün hakim gəlir və istədiyi pulu alıb gedir…

Bu hadisədən bir neçə gün keçir. Və o hakim yenə banka gəlir. Ancaq bu dəfə niyyəti aldığı pulları geri qaytarmaqdır. Təbii ki, bank rəhbərliyi yenə nə edəcəyini bilmir və yenə Ədliyyə Nazirliyinə (həmçinin də lazım olan başqa nazirliklərə) zəng edir. Bu dəfə müfəttişlər işə qarışırlar və hakimdən bu hərəkətinin səbəbini soruşurlar. Hakim isə bu hərəkəti «hökumətinin ona doğurdan da inanıb-inanmadığını sınamaq üçün» etdiyini deyir. Sonra məsələ nazirliyə çatır və nazirlik həmin gün hakimi vəzifəsindən azad edir. Ədliyyə Nazirliyinin hakimə göndərdiyi qısa məktubda isə bu sözlər var: "Əgər hökumətin bir hakimi öz hükumətinə inanmırsa, deməli hökuməti də ona inanmır"...

NOT: İnam çox nazik bir «ipdir». Və bu «ipin» qırılmasının qarşısını alan yeganə şey ikitərəfli olmasıdır...


Tarix: 03.12.2014 / 13:46 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqli Hekayeler