Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Bir gün laboratoriyada...

Tibb fakültəsində təhsil alan tələbələr labaratoriyada bir cəsəd ətrafında toplaşırlar. Professor dərsinə başlayır; «Tibbdə iki şey həkimlər üçün çox vacibdir, birincisi insan vücudu ilə əlaqədar heç bir şey sizin üçün iyrənc olmamalıdır. Məsələn, „deyir və barmağını cəsədin qıçına salır və çıxardıb öz ağızına salır. “Həə, indi sizlər də eyni şeyi edin!». Tələbələr təəccüb içində bir-birinin üzünə baxırlar. Amma professor çox ciddi idi və tələbələr istəməsələr də hamısı növbə ilə cəsədin qıçını barmaqlayıb ağızlarına salırlar. Tələbələrin hamısı bu işin dadına baxıb bərbad bir hala gələrkən, professor mühazirəsinə davam edir;
«Bir tibb həkimi üçün ikinci ən əhəmiyyətli nüans müşahidədir» deyir və davam edir;
«Mən cəsədin qıçına orta barmağımı saldım amma öz ağzıma işarət barmağımı apardım…
İndi, bir həkim üçün, diqqətli olmağın nə qədər əhəmiyyətli olduğunu əyani sürətdə öyrənmiş oldunuz ».


Tarix: 01.12.2014 / 17:16 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqli Hekayeler
loading...