beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəs siz məqsədinizə çatmaq üçün nə edərdiniz?

Günəşli bir gündə Xinq Şi şagirdləri ilə birgə çayın sahilinə gəzməyə çıxır. Sahil yaxınlığında Xinq Şİ ayaq saxlayıb şagirdlərinə deyir:
- Baxın, çay da həyat kimidir, gah durğun, gah coşqun. Həyat kimi daim müxtəlif libaslarda anbaan dəyişir.

Şagirdləri diqqətlə çaya baxdılar. Bu zaman müəllim soruşur:
-Deyə bilərsinizmi məqsədinizə çatmaq üçün nə edərdiniz?

Birinci şagird cavab verdi:
- Mən daim axına qarşı mübarizə aparardım və cəsarətlə ona qarşı üzərək məqsədimə çatmağa çalışardım.

həyat fəlsəfəsi çətindir-Bu yaxşıdır-deyə Xinq Şi dilləndi- lakin sən bir gün çaya qalib gəlmədən batmaq riski ilə üzləşə bilərsən.Sənə bir məsləhətim, axına qarşı üzmədən əvvəl, öyrən, sənin məqsədin məhz o istiqamətdədirmi?

İkinci şagird dedi:
-Mən isə bax o yarpaq kimi axın istiqamətində küləklərlə birgə üzərdim və bu yolda təcrübələr qazanardım.
- Bu yalnız axının səni məqsədinə doğru apardığı zaman yaxşı ola bilər. Əks halda hara üzməsinin bir o qədər də əhəmiyyəti olmayan məhz o yarpaq kimi olarsan - deyə Xinq Şi qeyd etdi.

Üçüncü şagird:
- Mən isə daim taktikamı dəyişməklə məqsədimə doğru üzərdim. Gah axına qarşı üzərdim, gah axın istiqamətində... Ən təhlükəli əraziləri keçərdim, bəzən istirahətə dayanardım, sonra yoluma davam edərdim.

- Sənin də cavabın yaxşıdır, lakin kifayət qədər müdrik deyil-deyə müəllim qeyd etdi və evə doğru addımladı. Şagirdlər isə uzun müddət çaya baxdıqdan sonra müəllimin yanına getdilər:
- Müəllim, bəs sizin həyat çayında yolunuz necədir?

Xinq Şi ayaq saxladı, şagirdlərinə baxıb gülümsündü:
- Mən üzməzdim...
- Deməli siz artıq məqsədinizə çatmısınız?-deyə şagirdlər təəccüblə soruşdular

- Xeyr- deyə Xinq Şi cavab verdi - axı bütün məqsədlərə yalnız üzərək çatmaq olmaz...


Tarix: 01.12.2014 / 15:38 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqli Hekayeler