beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Başqasını öz nəfsindən üstün tutmaq və ya...

nsanpərvərlik (başqa bir ifadə ilə isə alturizm) başqasını öz nəfsindən üstün tutmaqdır.Yermuk müharibəsində baş verən bir hadisə də bunun üçün ən gözəl nümunədir.Hz.Hüzeyfə belə rəvayət edir: "Yermuk müharibəsində yaralılar arasında əmim oğlunu axtarırdım.Yanımda bir az su var idi.Hava da çox isti idi.Əmim oğlunu tapdım.Su istəyib istəmədiyini soruşdum.Başı ilə, "İstəyirəm",-dedi.Suyu vermək istəyirdim ki,o tərəfdən bir nəfər, "Su,su,su",-deyə inildədi.Əmim oğlu suyu ona verməyi xahiş etdi.Getdim.Su istəyən Asim oğlu Hişam idi.Elə suyu verməyə hazılaşırdım ki,başqa birisi su istədi.Hişam "Suyu ona ver",-dedi.Ancaq mən çatana qədər o,şəhid olmuşdu.Tez Hişamın yanına qayıtdım.O da şəhid olmuşdu. "Heç olmasa suyu əmim oğluna verim",-dedim.Ancaq o da artıq dünyada yox idi.Nəhayət,su əlimdə qaldı.ALLAH hamısına rəhmət eləsin"...


Tarix: 01.12.2014 / 14:44 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqli Hekayeler