beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəfsi hesaba çəkəcək suallar-2

Ey müsəlman!
Etdiyin günahları öz gözündə kiçiltdin. Hər dəfə günah işlədikdə deyirdin ki, “Əlhəmdulilləh, camaatla birlikdə namaz qılmışam”. Yaxşılıqlar pislikləri yuyub aparır. Evə girib televizoru açıb əxlaqsız verlişlərə baxanda, musiqiyə qulaq asanda, çölə çıxanda yarıçılpaq, dar paltar geyib özünü yad kişilərə göstərəndə, öz-özünə deyirdin: “Bu mənə heç bir zərər toxundurmaz”. Sonra oturduğun məclislərdə insanların qeybətini edirdin. İnsanların namusu barədə danışırdın. Qeybət və lağ-lağa etmədən məclislər sənin üçün can sıxıcı olurdu. Günahların kiçiyinə, böyüyünə məhəl qoymurdun.

İbn Qeyyum Əl-Cövzi belə buyurur
“Çox qığılcımlar var ki, onlardan böyük bir odlar törəmişdir.”

Ey müsəlman!

Elədiyin bütün günahların hamısı kiçik və böyüklüyündən asılı olmayaraq mələklər tərəfindən əməl dəftərinə qeyd olunur. Adi bir baxışın da buraxılmır. Qəzet-jurnalı açıb oxuyanda ordakı qadına baxıb ləzzət alanda və ya olduğun məclislərin birində oturub qeybətə qulaq asanda öz nəfsini müdafiə etmək üçün belə deyirdin: ”Kiçik bir şeydir, mən ki, danışmıram”.

Bir gün ehtiyaclarından dolayı bazara çıxanda satıcı bir qadına rastlaşıb onunla alış-veriş edəndə başladın onu danışdırmağa, güldürməyə və o zaman “heç nə olmaz, zərurətdir” deyirdin. Ay yazıq insan, məgər sən bilmirsən ki, mələklər sənin bütün günahlarını yazıb əməl dəftərində qeydə alır. Necə ki, Allah Təalə buyurur:

“Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!” (əl-Kəhf, 49)

Ey müsəlman!

Artıq etdiyin kiçik günahlara belə fikir vermirdin. Hətta o dərəcəyə çatdı ki, artıq böyük günahlar sənin üçün adiləşdi. Artıq qeybət etməyə, valideynlərə ağ olmağa və digər günahlar etməyə başladın.Daha sonra isə günahı açıq aşkar etdin.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu barədə buyurur:
“Bütün ümmətim bağışlanacaq, amma günahları açıq aşkar edənlərdən başqa”. ( Buxari, Müslim)

Bəziləri insanların gözü qabağında haramlara yol verir, əxlaqsız işlər görür və etdikləri ilə fəxr edib belə deyir: “Filan yerə getdim, belə belə işlər gördüm”. Onların imanı o qədər zəifləyib ki, artıq özündən başqalarına məhəl qoymur. Əgər müsəlmanların rayonlarda, şəhərlərdə olan çətin vəziyyəti barəsində onunla söhbət etsən deyir: “Mənə nə var“. Yalnız və yalnız öz nəfsini fikirləşir.
Bu yerdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:
“Sizdən biri öz nəfsinə istədiyini öz qardaşına istəməyincə kamil iman etmiş olmaz”. (Buxari)

Ey müsəlman.

Axı sənə nə olub ki, ibadətdə tənbəl olmusan. Əvvəl hidayətə gəldiyin vaxtlarda birinci səfdə namaz qılardın. Amma indi nə olub sənə ey insan, axırıncı səflərdə namaz qılırsan. Məscidə iqamədən sonra gedirsən.

Sələfilərdən olan Süleyman əd–Dərani belə deyərdi: “Insan etdiyi günaha görə camaat namazından məhrum olur. (Məqrizi, “Muxtəsərul qiyamul-leyl”)

Ey müsəlman.

Öz nəfsini hesaba çək, otur yaxşı-yaxşı fikirləş. Sənə nə olub ki, ancaq axırıncı rükətlərə gəlib çatırsan və yaxud heç gəlmirsən yatırsan. Bununla belə də zənn edirsən ki, sən xeyir üzərindəsən.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur:
“O qövümlər ki, birinci səflərə gecikməyə başlayarlar və gecikərlər və bu iş üzərində davam edərlər. Hətta o dərəcəyə gəlib çatarlar ki, Allah Təalə onları öz fəzilətindən gecikdirər, uzaqlaşdırar” (Muslim)

Məgər bilmirsən mi, ibadətə tənbəl yanaşmaq nifaqın əlamətlərindəndir. Necə ki, Allah Təalə Qurani Kərimdə buyurur:
“Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər”. (ən-Nisa, 142)

Ey müsəlman.

İlk hidayətə gəldiyin vaxtlarda cibində zikr kitabçası gəzdirərdin. Səhər-axşam zikrlərini edərdin , amma indi nə olub sənə, səhər-axşam zikrlərini yaddan çıxarmısan?

Ey müsəlman.

Əvvəllər gündəlik açıb Quran oxuyardın. Vaxt var idi ki, gündüzlər duha namazı, iki, dörd və ya daha çox gecə namazı qılardın. Sənə belə nə oldu? Gecə namazı Ramazandan başqa yada düşmür. O da əgər qılsan. Əvvəllər birinci və dördüncü günləri oruc tutardın, amma indi bir gün də belə olsun oruc tutmursan.

Həsənul-Basri bu yerdə gözəl buyurur: “Insan etdiyi günaha görə gecə namazından və gündüz tutduğu oruclardan məhrum olur”. (Məqrizi, “Muxtəsərul qiyamu-leyl”)

Ey müsəlman.

Allah Təaləni zikr etmək haradadır? Sənə nə oldu ki, belə dəyişdin? Səni nə dəyişdirdi? Dünyamı, yoxsa qadınlarmı?
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Müslimin rəvayət etdiyi bir hədisində belə buyurur:
“Bəni İsraili hər şeydən əvvəl yolundan azdıran qadınlar oldu. Dünyanın və qadınların fitnəsindən, şərrindən qorxun. Özünüzü qoruyun.” (Muslim)

Allah Təalə buyurur:
“Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.” (Əl-Munafiqun, 9)

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurur: ”Ümmətindən elə qövmlər olacaq ki, zinanı, ipəyi, içkini, musiqini halal görəcəklər”(Buxari)

Yoxsa oturub durduğun dostlarmı səni bu qədər dəyişdirdi?


Tarix: 10.04.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 281 Bölmə: Maraqlı melumatlar