beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbubəkr əs-Siddiqin Rasulullaha (sallAllahu aleyhi vəsəlləm) olan sevgisi

Artıq üç il idi ki, dəvət gizli gedirdi. Əbubəkr (radıyAllahu anhu) Rasulullahdan (sallAllahu aleyhi və səlləm) xahiş etdi ki, dəvəti aşkar aparsınlar. Nəhayət Rasulullah (sallAllahu aleyhi və səlləm) açıq dəvəti qəbul etdi.

Əbubəkr Allaha dəvət edən ilk xatib olmaq üçün ayağa qalxdı. Müşriklər onun nə demək istədiyini başa düşüb üzərinə hücum etdilər. Əbubəkr (radıyAllahu anhu) ağır zərbələr aldı. Utbə bin Rabiə onu təpikləməyə başladı. Hətta üzü tanınmaz hala düşdü.
Əbubəkr bu zərbələrdən huşunu itirdi və bu halda evinə gətirildi. Elə ağır yaralanmışdı ki, artıq həyatından ümidlərini kəsib, öləcəyini zənn edirdilər. Lakin günün sonunda özünə gəldi. Bu halda, özünə gələn kimi söylədiyi ilk söz bu oldu:

- Peyğəmbər (sallallahu aleyhi və səlləm) necədir? Yaxşıdırmı?

SubhənAllah. Həyatla ölüm arasında olan bir kimsə özünə gələn kimi: Mənə nə oldu? söyləmir. Bu çətin anında da Rasulullahı (sallAllahu aleyhi və səlləm) düşünür. Lakin bununla da sakitləşməyərək Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına getmək istədiyini bildirir.

Qaranlıq düşdükdə anası və zövcəsi ilə birlikdə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu gördükdə böyük şəfqət hissi ilə qarşılayıb, onu bərk-bərk qucaqladı.


[ İbn Kəsir, əl-Bidəyə vən Nihəyə, 3/30 ]

__________
əz-Zubeyr


Tarix: 08.04.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar