beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ər-arvad arasında olan sirləri yaymaq

Sual-Öz evində olanları və evlilik həyatına dair məsələləri öz qohumları və rəfiqələrinə söyləmək hissi bəzi qadınlara qalib gəlmişdir. Ötürülən məlumatların (sirlərin) bəziləri gizlidir və həyat yoldaşı bu barədə heç kəsin bilməsini istəmir. Bu sirləri yayan və evdən kənarda olan şəxslərə və yaxud evin bəzi üzvlərinə bunu ötürən qadınlar haqqında hökm nədir?

Cavab-
Bəzi qadınların evdə söylənilənləri başqalarına deməsi və evlilik həyatlarının təfərrüatlarını qohumlarına, dostlarına söyləyən qadınların bu əməli qadağandır. Öz evində baş verənləri və yaxud öz həyat yoldaşı ilə onun arasında olanları hər hansı bir şəxsə söyləmək həmin qadına qadağandır. Uca Allah buyurur: “Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar”. (ən-Nisə 4:34)

Və peyğəmbər sallallahu aleyhi və səlləm bizə xəbər vermişdir ki, qiyamət günündə insanların Allah qarşısında ən şərlisi öz həyat yoldaşı (həm kişi, həm də qadına aiddir) ilə cinsi əlaqədə olandan sonra sirlərini başqalarına yayanlardır.

İslami fətvalar, Darussalam, cild 5, səh. 366-367


Tarix: 06.04.2013 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar