beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab bağlamaq istəməyən qadınların bəhanələri nələrdir ?

Hicab bağlamaq istəməyən qadınların bəhanələri nələrdir?
1-) Nəfsə ağır gəlir; örtünmək istəyərəm, amma qərar verə bilmirəm...
"QURANDA QƏTİ HÖKM VAR QƏRAR VERMƏYİNƏ KİFAYƏT ETMƏZMİ?"

2-) Örtünməliyəm, amma gələcəyimi də düşünmək məcburiyyətindəyəm.
"GƏLƏCƏK ÖLÜMDÜR, ONU DÜŞÜNDÜNMÜ..?"

3-) ALLAH (c.c) məni başı açıq olaraq da sevər.
"GÜNAHKAR QULUM DEYƏR.."

4-) Bağlansam, ailəm məktəb üçün başımı açmağımı istəyəcək.
"AİLƏN SƏNİ CƏHƏNNƏM ATƏŞİNDƏN QURTARMAYACAQ.."

5-) Çox açıq olmadığım üçün, günah olduğunu zənn etmirəm.
"GÖRÜNƏN HƏR TEL ZİNADIR, BU GÜNAH AZDIRMI GÖRƏSƏN..?"

6-) Gənc yaşda da bağlanmaq olmaz ki, yaşlanınca İNŞALLAH..
"YAŞLANACAĞIN ZƏMANƏTİNİ KİM VERİB SƏNƏ, BƏS SABAH ÖLSƏN..?"

7-) Təkrar açılaram düşüncəsiylə, bağlanmıram.
"HƏLƏ BİR BAĞLAN ONU SONRA DÜŞÜN.."

8-) Bəzi azadlıqlarımın çərçivəyə alınacağı düşüncəsiylə bağlanmaq istəmirəm.
"ALLAHın QARŞISINDA DA AZAD OLA BİLƏCƏKSƏNMİ..?"

9-) Bağlanmaq əhəmiyyətli deyil, əhəmiyyətli olan ürəyinin təmizliyi.
"ÜRƏYİN TƏMİZLİYİ GÜNAHA MANE DEYİL.."

10-) Ərə gedəndə bağlanaram;
"ƏRƏ GETMƏYİN ZƏMANƏTDİRMİ..?"

11-) ALLAHın mənə verdiyi gözəlliyi gizlətmək istəmədiyim üçün bağlanmamışdım.
"GÖZƏLLİYİNİ YALNIZ HƏYAT YOLDAŞINA GÖSTƏRMƏYİNƏ İCAZƏ VERİLİB.."

12-) Bağlansam, digər dini öhdəçiliklərimi də yerinə yetirməli olacağam.
"NƏHAYƏT BİR YERDƏN BAŞLAMAQ LAZIMDIR..!"

13-) Bu zamanda da örtünmək olmaz ki, hansı dövrdə yaşayırıq?
"GÜNAHIN BU ZAMANI O ZAMANI YOXDUR, QURAN HƏR DÖVR ÜÇÜN ENDİRİLDİ.."

15-) Qismət, bir gün bağlanaram İNŞALLAH.
"İNŞALLAH, AMMA BİR AZ TƏLƏS, YAŞLANDIQDAN SONRA ÖLƏCƏYİNƏ GÖRƏ SƏNƏDİN VARMI..?"

16-) Sınadım, istidi.. boğuldum..
"AMMA CƏHƏNNƏM DAHA DA İSTİDİ.."

17-) İçimdən bağlanmaq gəlmir.
"NİYƏ GÜNAH İŞLƏMƏK XOŞUNAMI GƏLİR..?"

18-) Ətrafimdakı hicablıların kifayət qədər nümunə ola bilməmələri.
"SƏN ÖRTÜN VƏ NÜMUNƏ OL ONLARA.."


Tarix: 21.11.2012 / 15:47 Müəllif: [Ram] Baxılıb: 504 Bölmə: Maraqlı melumatlar