beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnternetdə 1 ay ərzində 32,6 milyon yeni sayt qeydiyyatdan keçib

“Netcraft” şirkəti internetdə fəaliyyət göstərən veb-saytların sayı haqqında aprel hesabatını dərc edib.
Şirkətin məlumatına əsasən, 2012-ci il aprelin əvvəlində internetdə 676 919 707 sayt və bloq fəaliyyət göstərib.
Bu göstərici keçən ayla müqayisədə 32,6 milyon və ya 5,1 faiz çoxdur.

Belə ki, proqram veb-serverləri arasında ən böyük artım tempi “Apache” serverində müşahidə olunub.
Server hesabat dövrü ərzində xidmət göstərdiyi hostların sayını daha 22,8 milyon artırıb və bu bazardakı payını 65,5 faizə çatdırıb.


Tarix: 21.11.2012 / 13:42 Müəllif: [Ram] Baxılıb: 286 Bölmə: Maraqlı melumatlar