Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çin internetdən istifadə üzrə dünya lideri oldu

İyunun 8-də Çin Xalq Respublikası Dövlət Şurasının mətbuat dəftərxanasının yaydığı “Çin İnternetində vəziyyət” adlı Ağ kitabda bildirilir ki, Çin İnternetdən istifadəçilərin sayına görə dünyada birinci yerdədir.

Sənəddə qeyd edilir ki, Çin hökuməti İnterneti həyatın bütün sahələrinin təkmilləşdirilməsinin vacib aləti, Çin cəmiyyətinin maarifləndirilməsi səviyyəsinin artırılması, iqtisadiyyatın, elm və texnikanın inkişaf etdirilməsi vasitəsi hesab edir, İnternetin yayılması və inkişafı üçün müvafiq tədbirlər görür.

Ağ kitabda deyilir: “İnternetdən düzgün istifadə olunması və idarə edilməsi ölkənin iqtisadi cəhətdən çiçəklənməsinə və inkişafına, dövlət təhlükəsizliyinin qorunmasına, cəmiyyətin harmonikləşməsinə, dövlət suverenliyinə, əhalinin maraqlarına hörmət edilməsinə imkan yaradır. İnternetdən fəal istifadə olunması, onun elmi əsaslarla inkişaf etdirilməsi, qanunauyğun surətdə idarə edilməsi, təhlükəsizliyinin təmin olunması Çin hökumətinin İnternetə münasibətdə əsas siyasətidir.


Tarix: 21.11.2012 / 13:05 Müəllif: [Ram] Baxılıb: 256 Bölmə: Maraqlı melumatlar
loading...