beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən sürətli internet Cənubi Koreya və Yaponiyadadır

Akamai Technologies şirkətinin apardığı son araşdırmalar nəticəsində Cənubi Koreya və Yaponiyanın vətəndaşların internetə qoşulmalarının orta sürəti üzrə dünyada lider olduqları müəyyən olunub.

Şirkətin təqdim etdiyi hesabatda, Cənubi Koreya bu göstəriciyə görə birinci olub – ölkədə orta internetə qoşulma sürəti saniyədə 14,6 meqabit təşkil edir. Yaponiya isə ikinci yerdədir – saniyədə 7,9 meqabit.

Bunlardan sonra siyahıda Honkonq, Rumıniya, İsveç, İrlandiya, Niderland, İsveçrə, Danimarka və Çexiya yer alıblar. ABŞ isə 3,9 mb/s orta qoşulma sürəti ilə yalnız 18-ci yeri tuta bilib.

Qeyd edək ki, Cənubi Koreyada internet-qoşulmaların 74 faizi genişzolaqlıdır. Yaponiyada bu göstərici 60, Honkonqda isə 46 faizdir.


Tarix: 21.11.2012 / 12:40 Müəllif: [Ram] Baxılıb: 201 Bölmə: Maraqlı melumatlar