beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarBudur Facebookun dəyəri

Dünyanın ən böyük sosial paylaşma saytı Facebook, edilən 500 milyon dollarlıq sərmayəylə dəyərini təxminən 50 milyard dollara çıxardı.

New York Times qəzetinin xəbərinə görə, Facebooka ABŞlı sərmayə bankı Goldman Sachsın 450 milyon dollar, Digital Sky Technologiesin isə 50 milyon dollarlıq sərmayə qoyduğu ifadə edildi.

Hər üç şirkətin səlahiyyətliləri mövzu haqqında şərh etməkdən qaçınarkən, hər iki şirkətin sərmayələrinin Facebookun şirkət dəyərini təxminən 50 milyard dollara çıxardığı ifadə edilir.

Yeni fondların şirkətin xalqa açılması istiqamətindəki təzyiqləri artıra biləcəyi yazılır. ABŞ Daşınan Qiymətlər və Birja komissiyasına görə, məşhur ictimai şəbəkə saytlarına xüsusi olaraq təşkil edilən hissə ticarəti olaraq baxır.

Facebookun dünya daxilində 500 milyon istifadəçisi və 1400 Ardı »

Maraqlı melumatlarSöhbət ortasında telefon oynatmaq xəstəlikdirmi?

Elə bir zamanda yaşayırıq ki dostlarımızla oturub saatlarla söhbət edə bilməz olduq. Söhbət edərkən belə, söhbətin ən maraqlı anında bir yoldaşınızın əli cib telefonu, iPhone ya da Blackberryə gedə bilir. Mütəxəssislərə görə, yayılaraq artan bu vəziyyət, xəstəlik əlaməti ola bilər.

Hər hansı bir məkanda yoldaşınızla oturub söhbət etdiyinizi düşünün.Söhbət davam edərkən yoldaşınızın əli birdən cib telefonu, iPhone ya da Blackberryə gedir. E-poçtlarına cavab yazır, Facebookda şərh edir, Twitter hesablarını nəzarət edir. Ya da ünsiyyət saytlarına nəzər salır.
Nə hiss edərsiniz? Xoşlanmayacağınız qəti. Ancaq bu vəziyyət son zamanlarda gedərək yayılır. Mütəxəssislərə görə, bu xəstəlik belə ola bilər.

Əslində texnologiyadan qopa bilməmə vəziyyəti bir şeylərə Ardı »

Maraqlı melumatlarQlobal Şəbəkənin informasiya həcmi 500 milyard qiqabayta çatmaqdadır.

nternetdə informasiya həcmi 500 milyard qiqabayta yaxınlaşmaq üzrədir.Müqayisə üçün qeyd edək ki, bu Yer Kürəsindən Plutonadək hündürlüklü kitab yığınındakı məlumat həcmindən 10 dəfə çoxdur.
Şəbəkədəki kontent həcminin kəskin sürətdə artması sosial şəbəkələrin çoxalması, internetə çıxışla təmin olunmuş mobil telefonların artması və elektron hökumət bazaların inkişafı ilə bağlıdır.
Hazırda kontent həcmi təxminən 487 milyard qiqabayt təşkil edir. Burada əsas yeri rəqəmli kameralar vasitəsilə lentə alınmış videofayllar və peyklə çəkilmiş şəkillər tutur.
Son araşdırmalar göstərir ki, “rəqəmli kainatın” həcmi gələcək 1,5 il ərzində 2 dəfə artacaq. Ardı »

Maraqlı melumatlarDünyada ilk web sayt ...

Dünyada ilk web sayt 6 avqust 1991-ci ildə http://info.cern.ch/ yaradılıb. Onun yaradıcısı Tim Berners Li bu saytda yeni texnologiya olan, HTTP protokolunda məlumatların ötürülməsi, URİ ünvanlama sistemi və HTML Hipermətnə əsaslanan World Wide Web (WWW) texnologiyasının təsvir edib.

Bundan əlavə saytda web server və web brauzerlərin yüklənməsi və istifadə qaydaları barədə məlumatlar yerləşdirmişdir. Sayt dünyada ilk internet kataloq da sayıla bilər. Çünki Berners Lİ sonralar bu saytda başqa saytlara keçidlər siyahısı da yerləşdirmişdir.

İlk əvvəl saytın işləməsinə lazım olan avadanlıqları isə o hələ əvvəlcədən hazırlamışdır. 1990-cı ildə birinci Hipermətn web brauzer, NeXTcube bazasında ilk web server hazırlamışdır.

Tim Berners Li belə hesab edirdi ki, Ardı »

Maraqlı melumatlarÇin internetdən istifadə üzrə dünya lideri oldu

İyunun 8-də Çin Xalq Respublikası Dövlət Şurasının mətbuat dəftərxanasının yaydığı “Çin İnternetində vəziyyət” adlı Ağ kitabda bildirilir ki, Çin İnternetdən istifadəçilərin sayına görə dünyada birinci yerdədir.

Sənəddə qeyd edilir ki, Çin hökuməti İnterneti həyatın bütün sahələrinin təkmilləşdirilməsinin vacib aləti, Çin cəmiyyətinin maarifləndirilməsi səviyyəsinin artırılması, iqtisadiyyatın, elm və texnikanın inkişaf etdirilməsi vasitəsi hesab edir, İnternetin yayılması və inkişafı üçün müvafiq tədbirlər görür.

Ağ kitabda deyilir: “İnternetdən düzgün istifadə olunması və idarə edilməsi ölkənin iqtisadi cəhətdən çiçəklənməsinə və inkişafına, dövlət təhlükəsizliyinin qorunmasına, cəmiyyətin harmonikləşməsinə, dövlət suverenliyinə, əhalinin maraqlarına hörmət edilməsinə imkan yaradır. İnternetdən fəal istifadə olunması, onun elmi əsaslarla inkişaf etdirilməsi, qanunauyğun surətdə idarə Ardı »

Maraqlı melumatlarInternetdə axtarış apararkən ehtiyyatlı olun.

İnternet təhlükəsizliyi ekspertləri, vebdə 'music', 'download' və ya 'free' kimi sözlərlə axtarış aparmağın virus riskini böyük ölçüdə artırdığını iddia edirlər.

Mərkəzi ABŞda olan bir anti-virus proqram şirkəti, 5 böyük axtarış mühərriki Google, Yahoo, Live, AOL və Ask-də 2600 məşhur sözcüyü araşdıraraq və 413 min veb səhifəsini analiz edərək, internetin ən təhlükəli sözlərini təsbit etdi.

'Free' (pulsuz), 'music' (musiqi) və 'download' (endirmə) sözləriylə edilən axtarışların pis məqsədli proqram riskini artırdığını təyin edən ekspertlər, axtarış çubuğuna 'free music downloads' sekretarın internetdə sörf edənlərin virus riskini yüzdə 20% artırmasına səbəb olduğunu söyləyirlər.

Firma səlahiyyətlisi, yalnız bir il içində pis niyyətli proqram olaraq adlandırılan viruslarda çox böyük dəyişikliklər Ardı »

Maraqlı melumatlarİnternet bizə nə verir və nələri alır?

Ancaq dövrümüzdə kifayət qədər geniş yayılan internetin müsbət tərəfləri olduqca çox olmasına baxmayaraq, səbəb olduğu təhlükələrin də fərqinə varmalı olduğumuzu düşünürük.

Hər bir faydalı şeydə olduğu kimi elə mənfi yöndə istifadə edilmə ehtimalı ən çox olan “alət” bəlkə də internetdir. İnternet sayəsində nəhəng kitabxanalara daxil olmaq, beynəlxalq mətbuatdan xəbərdar olmaq, təkbətək söhbətlərə dalmaq, faydalı bədii və sənədli filmləri seyr etmək imkanı əldə etməklə yanaşı, orada insan fitrətinə və etiqadına zidd olan xoşagəlməz məlumatlar, şəkillər, videoçarxlar da mövcuddur.
+
İnternetdə mövcud olan ünsiyət vasitələrindən biri də “virtual söhbət”dir ki, bunu insanlar “çat” adlandırırlar. Bu “çat”ın sayəsində dünyanın o biri tayındakı bir şəxslə tanış ola bilir, Ardı »

Maraqlı melumatlarİnternet Antivirus

İndiki dövrdə Anti virus proqramları hər kompüter üçün bir zərurət halına gəlib.Hansının ən yaxşı anti virus proqramı olduğu sualının isə dəqiq bir şəkildə cavabını vermək o qədər də mümkün deyil. Hər birinin bir-birinə görə üstünlükləri və əksilikləri var. Eyni sistemdə birdən çox anti virus proqramını isə bərabər işlətmənin narahatçılığa səbəb olduğunu bilirik. Bu vəziyyətdə kompüterinizdəki anti virus proqramını internet üzərindən istifadə edə biləcəksiniz.

VirusTotal adlı xidmət, istədiyiniz faylların zərərli olub olmadığını təyin etmənizə imkan verir. Türkcə dəstəyi də olan saytda, virus olub olmadığını maraqlandığınız faylları təyin etmək üçün tək etməniz lazım olan şey sayta yükləmək. Bundan sonra VirusTotal sizin üçün faylın içərisində Ardı »

Maraqlı melumatlarİnternetdə 1 dəqiqə ərzində nələr baş verir? - Cədvəl

"60 saniyədə internetdə nələr olur" başlıqlı cədvələ görə:
+
2 milyon istifadəçi onlayn porno izləyir.
11 milyon adam Messengerdə 'chat' edir.
416 cəhd sonunda 12 Veb saytı hacklanır.
Twitterdə 320dən çox hesab açılır.

694 min 445 dəfə axtarış edilir.

232 kompüterə virus girir.
Tumbirdə 20 mindən çox məlumat paylaşılır.
168 milyon E-poçt göndərilir.
Firefox min 700 dəfə endirilir.
Scribddə min 600dən çox sənəd oxunur.
Skypedə 6150+ saat danışma edilir.
Linkedində 100dən çox hesab açılır.
Flickrə 6 min 600dən çox fotoşəkil yüklənir.

168 milyon e-poçt göndərilir

Facebookda 695 min + status paylaşılır.
Divarda 79 min 364 paylaşma olur.
510 min şərh edilir.
60 yeni blog.
Min 500 blog Ardı »

Maraqlı melumatlarGoogle Earth ilə ağla sığmaz bir öğruluq...

Şübhəsiz Google Earth hamımızın həyatında böyük bir asanlıqdır. Heç bilmədiyimiz ünvanları asanca tapmaq, daha əvvəl kəşf etmədiyimiz yerləri kəşf etmək üçün möcüzə bir vasitədir. Ancaq çox təəssüf ki, bu xidmətdən faydalananlar yalnız yaxşı niyyətli, işində gücündə sıravi insanlar deyil. İngilis polisinin təsbitinə görə, oğrular da Google Earth-dən faydalananlar arasındadır.

"Google Earth sayəsində insanların bağçalarını, hovuzlarını, gölcükləri görmək mümkündür" deyir İngilis polisi və davam edir: "Oğrular, yoldan keçən sıravi bir insanın fərqinə vara bilməyəcəyi, divarla çevrili zəngin evləri Google Earth vasitəsilə təsbit edə bilir." Həyatımızın əhəmiyyətli bir parçası halına gələn bu texnologiyanın qorxuducu tərəflərindən birini görürük beləcə. Evlərimizi oğrular xəritədən gözlərinə kəsdirə bilərlər!

Ancaq Ardı »

Maraqlı melumatlarGoogle "Twitter"i almaq üçün qolları suvadı

Son bir neçə ildir ictimai şəbəkələrə maraq olduqca artmış vəziyyətdədir. Bunlardan biri də mikroblog saytı Twitter. Twitter gün keçdikcə artan ziyarətçi və üzv kütləsi ilə Googlenin gözündən qaçmamış.
+
Söz-söhbətlərə görə Google, Twitteri bünyəsinə qatmaq üçün 250 milyon $'ın üstündə bir pulu gözdən çıxarmış vəziyyətdədir. Söz-söhbətlər iki etibarlı qaynağa söykənilərkən, Twitterin satın alına bilməməsi vəziyyətinə qarşı Googlenin Twitterə uyğun bir axtarış mühərriki proyekti təklifində tapılacağı deyilir. Ardı »

Maraqlı melumatlarYoutube zərərdədir!

YouTube-də nələr olur? Zərər nə qədərdir?

Edilən xərcləmələrə baxmayaraq Google Youtubedən qazanc əldə edə bilmir! Bu da detallar.

Aprel ayında sahəsində mütəxəssis araşdırmaçıların ifadə etdiyinə görə Google Youtube üzərindən 270 milyon dollar qazanarkən cəmi 711 milyon dollar xərcləmə etdi. Tamı tamına 471 milyon dollar zərər! Lakin RampRatenin şərhinə görə bu miqdar 471 milyondan daha çox. Təxminən olaraq 645 milyon dollar itkinin olduğunu müdafiə edən RampRate bu itkinlərin böyük miqdarını, məlumatların yığılmaq üzrə istifadə edildiyi məlumat mərkəzləri və bant genişliyi satın alınması ilə açıqlayır.


Google Youtube üzərindən nə qədər itkiyə uğradığını açıqlamır, lakin Google Maliyyə İşləri Müdiri Patrick Pichette "Youtube üzərinə edilən şərhlərdə ümumiyyətlə şişirtmə Ardı »

Maraqlı melumatlarYouTube-a yüklənən videolaraı saymaqla bitməz.

2005-ci ildə qurulan və 2006-da Google tərəfindən tam 1,65 milyard dollara alınan YouTube, hal-hazırda şübhəsiz dünyanın ən məşhur video paylaşım saytıdır. Məşhur olması bir tərəfdən istifadəçilərin tez-tez saytı ziyarət etməsini, digər tərəfdən isə sayt üçün bolca yeni video əlavə olunmasını təmin edir. Yaxşı amma YouTube-a əlavə olunan videoların miqdarı nədir?
+
YouTube keçdiyimiz günlərdə rəsmi bloqunda bu suala cavab verdi.2007-ci ildə, yəni Google YouTube-u hələ yeni satın aldığı zaman hər bir dəqiqədə, sayta 6 saatlıq yeni video əlavə olunurdu. 2009-un Yanvar ayında bu miqdar dəqiqədə 15 saatlıq videoya yüksəlmişdi və hal-hazırda dəqiqədə 20 saatlıq video əlavə olunur.YouTube səlahiyyətliləri 1 dəqiqədə 24 saatlıq video Ardı »

Maraqlı melumatlarƏn çox istifadə edilər əməliyyat sistemləri və brauzerlər

W3Counter saytında aprel ayına aid hesabatlar dərc edilib. Hesabatda ən çox istifadə edilən əməliyyat sistemi və brauzerlərin adı açıqlanıb.Sayt 64 milyondan çox istifadəçi arasında sorğu keçirib.
+
Hesabata görə, Windows XP əməliyyat sistemi ən çox istifadə ediləndir. Sıralama belədir:

Windows XP – 70,20 %
Windows Vista - 15,04 %
Mac OS X -5,31 %
Linux - 2,16 %


Brauzerlərdən isə istifadə edənlərin nisbəti belədir: İnternet Explorer 7 - 31,43 % birinci yerdədir. İnternet Explorer 6 - 25,12 % Firefox 3.0 - 17,71 % Ümumiyyətlə Firefox - 31,22 % İnternet Explorer 8 - 0,87 % Ardı »

Maraqlı melumatlarHər ay 20 milyon yeni sayt qeydə alınır

Dünyada 230 443 449 sayt fəaliyyət göstərir. Bu resursların əksəriyyəti “Apache” açıq veb-serverin əsasında işləyir.
+
“Netcraft”ın hesabatında bildirilir ki, 2009-cu ilin 10 ayı ərzində saytların sayı elə də çox dəyişməyib. Belə ki, cari ilin yanvar ayında internetdə təxminən 20 milyon yeni sayt qeydə alınandan sonra hər ay yeni resursların artımı təqribən bir milyon sayt təşkil edib. Hesabata əsasən son 30 gün ərzində ən çox sayt yeni “Apache” serverində qeydə alınıb – 2,6 milyon yeni resurs.

Qeyd edək ki, hesabat dövrü ərzində şəbəkədə ikinci və ya üçüncü dərəcəli domenlərdə cəmi 4,3 milyon yeni sayt və bloq olub ki, bu da ötən ayların fonunda olduqca Ardı »

Maraqlı melumatlarMicrosoft öz axtarış sisteminin reklamına 100 milyon ABŞ dolları xərcləyəcək

Microsoft Kumo-nu az, lakin daha keyfiyyətli axtarış nəticələri təqdim edən servis kimi nümayiş etdirmək niyyətindədir.
+
Layihənin reklam büdcəsi 80-100 milyon ABŞ dolları arasında olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, bütün 2008-ci il ərzində Microsoft-un ABŞ-dakı reklam xərcləri 361 milyon dollar təşkil edib. Şirkət öz reklamlarını Şəbəkədə, televiziyada, pressada və radioda yerləşdirəcək.
Microsoft-un yeni axtarış sisteminin işçi adı – Kumo-olacaqdır. Onun Google və ya Yahoo!-ya rəqib kimi təqdim olunacağı nəzərdə tutulmayır.
2009-cu ilin mart ayının ortasına olan məlumata görə Microsoft-un ABŞ-ın axtarış sistemi bazarındakı payı 8,2% olub ki, bu, 12 ay ərzində əldə olunan ən kiçik göstəricidir. Vəziyyəti dəyişdirməyi planlaşdıran Microsoft artıq mart ayında Ardı »

Maraqlı melumatlarİnternetdəki izlərinizi silin!

Facebook insanlara yeni ünsiyyət imkanları təqdim etdiyi kimi, asılılıq da yarada bilir.

Doğum elanından körpəlik fotoşəkillərinə, ictimai paylaşma saytlarından bloglara, artıq bir insanın bütün həyatını internet üzərində izləmək mümkün. Bir çoxları, dünyaya özlərini nə dərəcədə göstərmələri lazım olduğunu yenidən nəzərdən keçirir. Bunlardan biri də Daniel Sieberg.
Televiziya müxbiri olan Sieberg, ictimai paylaşma saytlarının həyatına suveren olmağa başladığının fərqinə vararaq "internetdən atlamağa" qərar vermiş, yəni ictimai paylaşma saytlarıyla əlaqəsini kəsmiş.

Sieberg, Huffington Postda nümayiş olunan "Əlaqəni Kəsmə Bildirgesi"ndə "Mən və eqom, tam mənasıyla internettki saytlar tərəfindən udulmuş kimiydik. Bunun nəticəsində də əlaqələrim zərər gördü. Tanışım və sevdiyim insanlarla yaşadığım mənalı əlaqələr yerinə, tanımadığım insanlarla, passiv Ardı »

Maraqlı melumatlarİnternetdə göndərilən elektron məktubların 97%-ni spam təşkil edir

Spamın əsas hissəsi müxtəlif dərman təklifləri, fırıldaqçılar tərəfindən “iş təklifləri” və əxlaqsız saytlara linklərdən ibarətdir. Bu zaman spam məktubları tez-tez virus daşıyıcısı olurlar. Microsoft mütəxəssislərinin hesablamalarına görə, hər 1000 kompüterdən 8,6-sı virusa yoluxmuşdur. Həmçinin müəyyən olunub ki, xakerlərin cəhdləri daha çox Microsoft Office paketinin həllərinə və PDF formatlı sənədlərə yönəldilir.
+
Microsoft–un kompüter təhlükəsizliyi üzrə müşaviri Ed Gibson spamın artmasını bununla əlaqələndirir ki, xakerlər kompüter sistemlərinin zəif nöqtələrini axtarmaq əvəzinə daha çox istifadəçilərin diqqətlərini cəlb etməyə cəhd göstərir.
Bununla yanaşı Microsoft qeyd edir ki, spamın artmasına görə təşvişə düşmək lazım deyil.
Microsoft-un Britaniya bölməsinin kompüter təhlükəsizliyi üzrə rəhbəri Kliff Evansın sözlərinə görə, Ardı »

Maraqlı melumatlarİnternet müsabiqəsinin qalibi kosmosa uçacaq.

Starquake portalında internet müsabiqəsi keçiriləcək. Onun qeyri-adiliyi ondadır ki, müsabiqənin qalibi kosmosa uçmaq imkanı əldə edəcək.Aprel ayının 12-də start veriləcək layihədə iştirak pulsuzdur və müsabiqəyə hər bir internet istifadəçisi qatıla bilər. Baş mükafat isə ABŞ-ın özəl kosmik gəmisində kosmosa uçuş imkanıdır.
Bu cür reyslər artıq bir ildir ki həyata keçirilir. Gəmi orbitə çıxmadan təxminən 100 kilometr məsafəyə qalxır və geri qayıdır. Bu cür reys üçün biletin qiyməti 200 min ABŞ dolları təşkil edir. Müsabiqə təşkilatçıları artıq bu cür bilet əldə ediblər.
Layihə düz bir il, yəni 2010-cu ilin aprel ayının 12-dək davam edəcək. Həmin tarixidə yarışmaya yekun vurulandan sonra qalibə onun Ardı »

Maraqlı melumatlarFacebook sosial şəbəkəsində 200 million istifadəçi qeydiyyata düşüb.

Məlumatlara görə 8 aprel 2009-cu ildə Facebook sosial şəbəkəsində 200 millionuncu istifadəçi qeydiyyata düşüb. Bu haqda məlumat Facebook şəbəkəcinin rəsmi bloqunda qeyd olunur.Nielsen məlumatlarına əsasən, 2009-cu ilin fevral ayında Facebook sosial şəbəkəsinin ABŞ-dakı auditoriyası 65,7 million istifadəçidən ibarət olub. Bu şəbəkədən keçən ilin fevral ayından 20 million insan istifadə edirdi. İstifadəçilərin sayı 228 faiz çoxalıb.
+
Facebook sosial şəbəkəsinin dünya üzrə istifadəçilərinin sayı da sürətlə artır. Belə ki, bu şəbəkə artıq dörd dilə tərcümə olunub. Fevral ayının ortalarında şəbəkənin əməkdaşları Facebook sosial şəbəkəsinin ümumi auditoriyasının 175 million istifadəçidən ibarət olduğunu bildirmişlər. Bir ay ərzində şəbəkənin istifadəçilərinin sayı 25 million artıb.
Dünyanın ən Ardı »