beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnternet fırıldaqçılarına qarşı 6 qayda

AVG veb təhlükəsizlik proqramı firmasının araşdırmasına görə, internet üzərindən alqı-satqı edən istehlakçılar yalnız yeni ilində saxta veb saytları və digər internet fırıldaqçılıqları səbəbiylə 350 milyon dollar itirir.

İnternet fırıldaqçılığının qurbanı olmamaq üçün uyğun gəlməmiz lazım olan qızıl qaydalar:

1. Təhlükəsizlik proqramınızın son virus qoruma aktuallaşdırmalarını yüklədiyindən əmin olun (Anti Virus Update). Çoxu bunu avtomatik edir, ancaq nizamlarda bu funksiyanı bağlamamış olduğunuzdan əmin olun. Bu aktuallaşdırmalar son dərəcədə əhəmiyyətlidir, çünki fırıldaqçılar sürətli hərəkət edir, təhlükəsizlik proqram şirkətləri də onlardan əvvəl davranmağa çalışır.

2. Hər alqı-satqı hesabı, bank hesabı, kredit kartı hesabı və e-mail hesabı üçün bənzərsiz şifrələr istifadə etməyə çalışın. Bunları kompüter və internet mühiti xaricində bir yerdə yazılı olaraq da qeyd edə bilərsiniz. Hər hesab üçün bənzərsiz parol oğruların, fərdi məlumatlarınızı oğurlamalarını çətinləşdirir.

3. Yalnız online alqı-satqı etmək üçün xüsusi bir e-mail hesabı yarada bilərsiniz. Alqı-satqı üçün sahib olduğunuz digər hesablardan fərqli bir şifrə istifadə edin. Online alqı-satqı e-mail hesabınız heç bir şəkildə sizin gündəlik, fərdi e-mail hesabınıza bağlı olmamalıdır. Ayrıca online alqı-satqılarınızın təsdiq və e-mail təsdiq səhifələri kimi qeydlərini çap edin və mühafizə edin.

4. Veb saytlarının satın alma və çıxış müddətlərində səhifənin URLinin "https" ilə başlayıb başlamadığına diqqət yetirin. Oradakı o tək 's' təhlükəsizlik deməkdir. Bir veb saytının etibarlı hissəsində olduğunuzda, brouzerinizdə ya da ünvan çubuğunda və sağ alt küncdə asma qıfıl ikonu görərsiniz.

5. Virtual kredit kartı istifadə etsəniz, kredit kartı ekstreniz gəldiyində böyük sürprizlərlə asan qarşılaşmazsınız. Çünki bu kartların limitini internet şöbəsi üzərindən hər səfərində özünüz təriflərsiniz. Alqı-satqınızın miqdarı qədər şərt açdırıb ödəməyi etdikdən sonra limit sıfırlanacağı üçün, başqaları sizin pulunuzu istifadə edə bilməzlər.

6. Girdiyiniz URLları təhlükəsizlik baxımından skan edən proqramlar mövcuddur. Beləcə zərərli linklərə basaraq viruslu veb səhifələri ilə yoluxa bilməzsiniz. Bir çox antivirus proqramında bu xüsusiyyət 'məskun' olaraq gəlir.
İstəsəniz AVG Linkscanner kimi bu əməliyyatı edən ödənişsiz əlavələrdən də endirə bilərsiniz.


Tarix: 21.11.2012 / 13:18 Müəllif: [Ram] Baxılıb: 539 Bölmə: Maraqlı melumatlar